Icma.az
close
up
RU
Fransa Azərbaycana qarşı hibrid təhdidi davam etdirir

Fransa Azərbaycana qarşı hibrid təhdidi davam etdirir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər və empirik təhlillər nəticəsində müəyyən edib ki, Fransa Respublikasının Azərbaycan Respublikasına qarşı özündə hibrid təhdidlərin geniş spektrli komponentlərini ehtiva edən fəaliyyətləri hələ də davam edir.

Modern.az xəbər verir ki, komissiyanın məlumatına görə, xüsusilə də 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Fransa tərəfi diplomatik çərçivəni aşaraq, regiondakı beynəlxalq hüquqa zidd maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələr, platformalar və alətlərlə ölkəyə qarşı hibrid təhdidlər yaratmağa çalışır.

Azərbaycan və Ermənistan arasında hazırda müşahidə edilən kövrək sülh prosesinə zərbə vuran iddialar, beynəlxalq təsisatlarda səsləndirilən birtərəfli mövqelər, Fransa mediası və məhkəmə-hüquq sistemində davam edən tendensiyalar onu deməyə əsas verir ki, bu təhdidlər Azərbaycanın daxili işlərinə qarışmağa, xarici siyasət kursuna təsir etməyə, beynəlxalq arenadakı mövqeyini zəiflətməyə və regionda sabitliyi pozmağa hesablanıb.

Fransa dövlətinin və ona bağlı aktorların hibrid təhdidləri əsasən aşağıdakı istiqamətləri əhatə edir:

- "Lawfare", yəni hüquqi vasitələrlə təzyiq etmək yolu ilə Fransa parlamentinin hər iki palatasının (Senat və Milli Assambleya) 2020-ci ilin noyabrından başlayaraq dəfələrlə Azərbaycanı hədəf alan, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün əleyhinə olan qətnamələr qəbul etməsi;

Diplomatik və siyasi təzyiq vasitəsi kimi istifadə edilən bu sənədlərin hüquqi qüvvəsi məhdud olsa da, onlar Fransanın təsir dairəsinin və erməni lobbisinin güclü olduğu digər ölkələrdə Azərbaycana qarşı oxşar yanaşmaların formalaşması məqsədilə qəbul edilir. Parlamentlərin bu cür birtərəfli və qərəzli sənədləri ölkəmiz barədə beynəlxalq arenada mənfi imic formalaşdırmağa, legitim mövqeyimizi zəiflətməyə, regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, süni gərginlik yaratmağa xidmət edir.

- Beynəlxalq təşkilat və təsisatlarda, regional platformalarda Azərbaycan əleyhinə aktiv fəaliyyətin aparılması;

II Qarabağ müharibəsindən sonra Fransanın bəzi dövlət rəsmiləri, diplomatları, parlamentariləri və ictimai xadimləri BMT və onun qurumları, Avropa İttifaqının (Aİ) institutları (xüsusən Avropa Parlamenti), Avropa Şurası, AŞPA, ATƏT, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatı kimi platformalardan istifadə edərək Azərbaycanın maraqlarına zidd qərar və sənədlərin qəbul edilməsinə cəhdlər göstərib. Bu addımlar ölkəmizin beynəlxalq hüquqa uyğun hərəkətlərinə baxmayaraq, onu təcrid etmək, nüfuzdan salmaq və müəyyən beynəlxalq əməkdaşlıq çərçivələrindən kənarlaşdırmaq məqsədi ilə edilib.

- Fransız mediasında Azərbaycana qarşı mənfi imicin formalaşdırılması;

Fransa mətbuatında Azərbaycanın genişmiqyaslı şəkildə mənfi imicinin yaradılması artıq davamlı xarakter daşıyır. Təkcə may və iyun ayları ərzində Fransa mediasında 40-a yaxın Azərbaycan əleyhinə məqalənin dərc olunması, onlarla tele-reportajın hazırlanması neqativ təbliğatın intensivliyini göstərir. Fransız mediası Azərbaycana qarşı qərəzli, təhriflərə əsaslanan və dezinformasiya xarakteri daşıyan məlumatları yaymaqla hibrid təhdidlərin mühüm cəbhəsinə çevrilib.

- Fransa mediasında radikal müxalifətçilərə birtərəfli qaydada tribuna verilərək Azərbaycanın daxili işlərinə birbaşa qarışılması;

Fransa mediasında Azərbaycanın daxilində və xaricində siyasi çəkisi olmayan bəzi radikal müxalifət nümayəndələrinin yazılarına və müsahibələrinə geniş yer verilərək ölkəmizdəki real vəziyyətin təhrif olunmasına, Fransa ictimaiyyətini çaşdırmağa yönəlmiş çağırışlar edilməsinə şərait yaradılır. Media azadlığı adı altında radikalların Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini stimullaşdırmağa hesablanmış bu addımlar daxili sabitliyi pozmaq, habelə sosial narazılıq və ölkədə qütbləşmə yaratmaq məqsədlərinə xidmət edən elementdir. Obyektiv jurnalistika prinsiplərinə zidd olaraq, materiallarda Azərbaycan dövlətinin rəsmi mövqeyinə və ya alternativ fikirlərə yer verilməməsi isə bir daha sübut edir ki, bu fəaliyyətlər həm də Fransa cəmiyyətində ölkəmizlə bağlı mənfi rəyin formalaşdırılması məqsədilə bilərəkdən aparılır.

- Fransada siyasi sığınacaq adı ilə məskunlaşan Azərbaycan əsilli radikal şəxslərdən hibrid təhdid alətləri kimi istifadə olunması;

Bu kimi şəxslərə Fransanın rəsmi və qeyri-rəsmi dairələrinin davamlı dəstək verməsinin, onların "pozulan hüquqları"nın müxtəlif vasitələrlə, süni şəkildə və illərlə gündəmdə saxlanılmasının, demokratik dəyərlər pərdəsi altında siyasi motivli iddiaların önə çıxardılmasının yeganə məqsədi dövlətimizi beynəlxalq ictimaiyyət qarşısında "repressiv rejim" kimi təqdim etmək və etibarsızlaşdırmağa yönəlib.

- Erməni lobbisinin koordinasiyası ilə anti-Azərbaycan fəaliyyətlərin aparılması;

Fransada güclü erməni lobbisinin təsiri altında olan bəzi dövlət rəsmiləri, parlamentarilər və yerli idarəetmə orqanları rəhbərlərinin (merlər) anti-Azərbaycan fəaliyyətləri müntəzəm xarakter daşıyır. Fransız siyasətçilər güclü siyasi və iqtisadi əlaqələrə malik erməni lobbisinin təsiri altında tez-tez ermənipərəst mövqelərdən çıxış edir, Aİ daxilində və beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə əlaqələndirilmiş formada fəaliyyət göstərirlər. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq hüquqla tanınmış suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlir, Fransa ilə ikitərəfli əlaqələrdə böyük gərginlik yaradır.

- Ermənipərəst qruplar, Fransanın maliyyələşdirdiyi beynəlxalq QHT-lər, "insan hüquqları" təşkilatları və "araşdırmaçı jurnalist" şəbəkələri tərəfindən kampaniyaların idarə olunması;

Hibrid təhdidlərin ən geniş yayılmış və təsirli elementlərindən biri də media və sosial media üzərindən aparılan informasiya kampaniyalardır. Fransa tərəfindən, ya bilavasitə, ya da dolayı yolla dəstəklənən adıçəkilən qruplar onlayn platformalarda Azərbaycan əleyhinə müxtəlif mövzularda genişmiqyaslı kampaniyalar aparırlar. Bu kampaniyalar vasitəsilə saxta xəbərlər, təhrif olunmuş faktlar və təxribat xarakterli məlumatlar yayılır. Məqsəd ölkənin beynəlxalq imicinə xələl gətirmək və Azərbaycanın dövlət institutlarına qarşı inamsızlıq yaratmaqdır. Bu kampaniyalara bot şəbəkələri və saxta profillər də qoşularaq Azərbaycanla bağlı beynəlxalq ictimai rəy manipulyasiya edilməyə çalışılır.

- Fransanın Azərbaycanda casusluq fəaliyyəti;

Fransa, özünün hibrid təhdid strategiyasının mühüm bir hissəsi kimi, ölkələrimiz arasında münasibətləri sarsıtmağa yönəlmiş casusluq fəaliyyəti ilə də məşğul olub. Bu qeyri-qanuni fəaliyyət regiondakı proseslərə təsir etməyə, Azərbaycanın daxili siyasi vəziyyətini, iqtisadi inkişafını, hərbi potensialını və strateji maraqlarını öyrənməyə, eləcə də Azərbaycan və digər ölkə vətəndaşlarından ibarət agentura şəbəkələri qurmağa yönəlib. Qarşıya qoyulan məqsədlər sırasında ölkə daxilində dezinformasiya yaymaq, müəyyən qruplar arasında narazılıq yaratmaq və sabitliyi pozacaq digər əməliyyatlar həyata keçirmək olub.

- Ermənistana silah satışı və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) dəstəkləməsi;

Fransanın Ermənistana aktiv şəkildə silahlar ötürməsi və bölgədə əsasən kəşfiyyat fəaliyyəti ilə məşğul olan EUMA-nı birbaşa dəstəkləməklə şəxsi alətinə çevirməsi, Cənubi Qafqazda hərbi balansı dəyişdirməyə, gərginliyi artırmağa və sülh prosesini əngəlləməyə yönəlmiş addımlar kimi qiymətləndirilir. Komissiyanın 2025-ci il aprelin 24-də təqdim etdiyi "Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum" başlıqlı xüsusi araşdırmasında məsələ ilə bağlı geniş məlumat verilib.

O da qeyd olunmalıdır ki, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Fransanın hibrid təhdidlərinin təsirini heçə endirmək istiqamətində əks-tədbirlərini uğurla davam etdirir. Məhz bu tədbirlərin və Fransanın uğursuz həmlələrinin nəticəsidir ki, qarşı tərəf Azərbaycana qarşı hər dəfə yeni, hansısa dost-olmayan əməllərə əl atır və müxtəlif platformalar vasitəsilə qondarma ittihamlar irəli sürür.

Qeyd edilənləri nəzərə alaraq, Komissiya Fransanın dövlət və hökumət rəsmilərinə deyil, Fransa xalqına birbaşa müraciət etməyi zəruri hesab edir.

Sadalanan faktlar da göstərir ki, bir sıra fransız siyasətçilər və dövlət strukturları cəmiyyətin siyasi idarəçiliyə olan inamsızlığını pərdələmək və ölkə daxilindəki ağır sosial-iqtisadi çətinliklərdən diqqəti yayındırmaq məqsədilə Azərbaycanın simasında "xarici düşmən" obrazı yaratmağa, erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr çərçivəsində dövlətimizə qarşı hüquqi-etik normalarla uzlaşmayan fəaliyyətlər həyata keçirməyə üstünlük verirlər.

Azərbaycan xalqı hər zaman Fransa xalqını özünə dost hesab edib və bundan sonra da edəcək. Dövlətimiz müstəqillik tarixi boyunca Fransa Respublikası ilə dostluq, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa hazır olduğunu hər zaman bəyan edib.

Fransa cəmiyyəti bilməlidir ki, öz hökumətinin bu cür qeyri-dost fəaliyyətləri, xarici siyasətdəki hərəkətləri Fransaya siyasi və iqtisadi dividendlər gətirmək yerinə, onun beynəlxalq imicini ləkələyərək daha da korlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see351

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see295

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see279

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see273

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see270

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see264

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see259

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see253

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see236

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see230

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see220

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see216

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see215

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see213

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see210

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see208

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see203

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see201

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see200

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri