Icma.az
close
up
RU
Fransa Bankının rəhbəri borc böhranı ilə bağlı ictimai debata çağırış edib

Fransa Bankının rəhbəri borc böhranı ilə bağlı ictimai debata çağırış edib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 27 avqust, AZƏRTAC

Fransa Bankının sədri Fransua Villrua dö Qalo ölkənin artmaqda olan dövlət borcu ilə bağlı ictimai debat keçirilməsinin zəruriliyini vurğulayıb. O, bu çətin vəziyyətdən yalnız ədalətli və ümumi səylə çıxmağın mümkün olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Fransua Villrua dö Qalo bu barədə “Sud Ouest” qəzetinə verdiyi müsahibə zamanı bildirib.

“Bu çətin vəziyyətdən heç bir səy göstərmədən çıxmaq mümkün deyil. Əsas odur ki, göstəriləcək səy mümkün qədər ədalətli və ümumi olsun. Fransa Bankı nə siyasi səsvermə, nə də ictimai hərəkatla bağlı fikir bildirmir. Biz sadəcə iqtisadi reallığı xatırlada bilərik: qarşılaşdığımız müxtəlif çağırışlara cavab ilk növbədə əmək və onun keyfiyyəti ilə verilməlidir. Bizim iqtisadi taleyimiz öz əlimizdədir”,-deyə Villrua dö Qalo qeyd edib.

Müsahibədə Fransa Bankının rəhbəri ABŞ və Avropa arasında iyulun sonunda imzalanmış yeni gömrük razılaşmasına toxunaraq onun müsbət hesab olunmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın artan proteksionizmi qarşısında Avropa öz iqtisadi maraqlarını qorumaq üçün tədbirlər görməlidir.

Fransua Villrua dö Qalonun bu çağırışı Fransada ictimai xərclərin ixtisarı, dövlət borcunun azaldılması və iqtisadi siyasətin sosial nəticələri ilə bağlı mübahisələrin fonunda səslənib. 8 sentyabrda keçiriləcək etimad səsverməsi isə həm hökumətin siyasi taleyini, həm də iqtisadi istiqamətini müəyyən edə bilər.

Fransa hazırda Avropada defisit və borc nisbəti baxımından ən zəif performans göstərən ölkələrdən biri olmaq təhlükəsi ilə üz-üzədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri