Icma.az
close
up
RU
Fransa Baş naziri: Yeni hökumət müxalifətlə kompromislərə getməli olacaq

Fransa Baş naziri: Yeni hökumət müxalifətlə kompromislərə getməli olacaq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransanın Baş naziri Sebastyen Lekornu bəyan edib ki, onun rəhbərlik etdiyi yenilənmiş hökumət 2026-cı il büdcəsini 2025-ci ilin sonunadək razılaşdırmaq üçün müxalifətlə kompromislərə getməli olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

"Bu nazirlər dekabrın 31-dək ölkənin büdcəsini hazırlamaq və Fransaya xidmət etmək kimi çətin bir vəzifəni yerinə yetirəcəklər. Onlar bu məsuliyyəti, müxalifətlə kompromislər etməli olacaqlarını bilə-bilə qəbul etdilər", – deyə Lekornu bildirib.

Baş nazir əlavə edib ki, onun daha əvvəl verdiyi vədə əsasən, parlamentə səsvermə olmadan qanun layihələrinin qəbuluna imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edilməyəcək və "son söz parlamentin olacaq".

"Yeni elan olunmuş hökumət parlamentdə bizi dəstəkləyən qüvvələri bir araya gətirir", – deyə o vurğulayıb.

Bununla belə, yeni hökumət siyahısı açıqlanan kimi, onun tərkibində əksər nazirlərin əvvəlki komandadan qalması müxalifət partiyaları tərəfindən kəskin tənqid olunub. Onlar bu addımı, daha əvvəl baş nazir Fransua Bayrunun istefaya göndərilməsi ilə nəticələnmiş siyasətin davamı kimi qiymətləndiriblər.

Daxili İşlər naziri vəzifəsinə yenidən təyin olunan Bryuno Retayo da bu fikirlə razılaşaraq, hazırkı siyasətdən heç bir ciddi dönüşün olmadığını bildirib. O, oktyabrın 6-sı səhər saatlarında Respublikaçılar Partiyasının strateji komitəsinin iclasını çağıracağını elan edib.

Fransa Prezidenti Emmanuel Makronun baş katibi Emmanuel Mulen yeni hökumətin ilk hissəsinin adlarını açıqlayıb. Ən çox diqqət çəkən dəyişikliklərdən biri keçmiş iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mairin Müdafiə naziri postuna təyin olunmasıdır. Eyni zamanda, Rolon Leskür iqtisadiyyat və maliyyə naziri vəzifəsində Erik Lombarı əvəz edəcək.

Bəzi əsas nazirliklər isə əvvəlki rəhbərləri ilə fəaliyyətini davam etdirəcək. Respublikaçılar Partiyasının nümayəndəsi Bryuno Retayo yenidən Daxili İşlər Nazirliyinə rəhbərlik edəcək, Xarici İşlər naziri postunda Jan-Noel Barro, Ədliyyə naziri vəzifəsində isə Prezidentin köhnə silahdaşı Jerald Darmanen qalacaq.

Hökumətin digər üzvlərinin adları gələn həftə açıqlanacaq. KİV-in məlumatına görə, yeni nazirlər kabinetinin ümumi sayı 25 nəfəri keçməyəcək. Mulenin sözlərinə görə, dövlət başçısı yeni hökumətlə birlikdə bazar ertəsi yerli vaxtla saat 16:00-da (18:00) Nazirlər Şurasının iclasını keçirəcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri