Icma.az
close
up
RU
Fransa COP29a niyə qatılmadı? Hikmət Hacıyev açıqladı

Fransa COP29a niyə qatılmadı? Hikmət Hacıyev açıqladı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.

Gununsesi.info  xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib:

“Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.

Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmaması məsələsindən də danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib:

“Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.

Prezidentin köməkçisi Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutmasının da anlaşılan olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər.

“Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see393

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see322

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see306

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see281

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see280

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see278

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see270

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see243

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see222

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see219

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see207

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see203

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see199

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see196

İranın əsas ticarət qapısında durğunluq yaşanır GÖRÜNTÜ

29 Avqust 2026 23:28see195

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see189

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see188

“Meydanda pul rol oynamır” Fərid Namazov

29 Avqust 2026 23:19see187

Rusiyada miqrantlara qarşı əməliyyat Yeni texnologiya tətbiq olundu

29 Avqust 2026 23:28see176

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri