Icma.az
close
up
RU
Fransa elektron siqaretləri qadağan edir... Növbəti yerdə Almaniyadır

Fransa elektron siqaretləri qadağan edir... Növbəti yerdə Almaniyadır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransa Belçikadan sonra birdəfəlik elektron siqaretləri qadağan edən ikinci Aİ ölkəsi olub. Almaniyada da bu məhsullara qadağa tələbləri artır.

Bizimyol.info "hürriyet"ə istinadən xəbər verir ki, Fransa parlamenti birdəfəlik elektron siqaretləri qadağan edən qanun layihəsini qəbul edib.

Parlamentlə Əlaqələr Naziri Patrick Mignola bu qərarı “tütündən azad nəslə doğru bir addım” kimi qiymətləndirib. Mignola elektron siqaretləri "ətraf mühit üçün bir vəba" olaraq xarakterizə edib. Millət vəkilləri qadağaya səbəb kimi istehsalçıların “amansız reklam strategiyaları” və uşaqların xoşuna gələn şirin ətirli məhsulları göstəriblər.

Digər tərəfdən, Alman Tənəffüs və Havanın Təmizlənməsi Təbabəti Cəmiyyəti federal hökuməti təcili tədbirlər görməyə çağırıb. DGP sədri Prof. Dr. Volfram Vindiş: “Yeni hökumət vaxt itirməməli və nikotin aludəçisi nəslinin qarşısını almaq üçün seçkidən dərhal sonra tədbir görməlidir. Birdəfəlik istifadə olunan elektron siqaretlər, xüsusən də gənclər üçün ciddi sağlamlıq təhlükəsi yaradır”, - deyə bildirib.

Elektron siqaretlər ətirli buxar vasitəsilə nikotinin qəbulunu təmin edir. Lakin mütəxəssislərin fikrincə, bu məhsulların tərkibində olan bəzi zəhərli maddələr ağciyər və ürək xəstəliklərinə səbəb ola bilər.

Kiel Terapiya və Sağlamlıq Araşdırmaları İnstitutunun məlumatlarına görə, 9-13 yaş arasında olan hər səkkiz uşaqdan biri 2024-cü ilə qədər elektron siqareti sınamış olacaq. 14-17 yaş arası gənclər üçün bu nisbət 37,5 faizə qədər yüksəlir. Almaniyada yetkin elektron siqaret istifadəçilərinin sayı 2 milyonu keçib. Birdəfəlik elektron siqaretlər rəngarəng dizaynları və çiyələk, konfet iyi və nanə kimi müxtəlif ləzzətləri ilə gəncləri xüsusilə cəlb edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Fevral 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri