Icma.az
close
up
RU
Fransa enerji müstəqilliyi üçün elektrikləşməyə yönəlir

Fransa enerji müstəqilliyi üçün elektrikləşməyə yönəlir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paris, 11 aprel, AZƏRTAC

Fransa Baş naziri Sebastyən Lökornü Matignon iqamətgahından yayımlanan çıxışında ölkənin enerji müstəqilliyini artırmaq məqsədilə genişmiqyaslı elektrikləşdirmə planını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu planın Fransanın xarici enerjidən asılılığını azaltmaq məqsədi daşıdığını bildiirb. Elektrikləşməyə dəstəyin ikiqat artırılacağını qeyd edib. Plan çərçivəsində istifadə sahələrinin elektrikləşdirilməsinə illik dəstək 5,5 milyard avrodan 10 milyard avroya qaldırılacaq. Baş nazir bu addımı güclü seçim adlandırıb və Fransanın gələcək enerji böhranlarına hazırlığını artırmaq istədiyini vurğulayıb.

“Neft və qazdan asılı olduqca, başqalarının müharibələrini maliyyələşdiririk. İndi dəyişiklik etməliyik, amma bunu metodik şəkildə etməliyik”, – deyə Lökornü qeyd edib. Onun sözlərinə görə, Fransanın enerji istehlakının 60%-i hələ də fosil yanacaqlardan ibarətdir.

Plana əsasən Fransada 2026-cı ilin sonundan etibarən yeni tikililərdə təbii qaz vasitələrinin quraşdırılması qadağan ediləcək. Eyni zamanda, fərdi ev sahibləri üçün dövlət yardımları qaz və neft qazanlarını istilik nasosları ilə əvəz etməyə dəstək verəcək. Sosial mənzillərdə elektrikləşmə sürətləndirilib. 2050-ci ilə qədər 2 milyon sosial mənzil qazdan istifadədən çıxarılacaq.

Sosial lizinq və elektrik avtomobillərin təşviqi

Fransa hökuməti elektromobillərdən istifadəni də stimullaşdıracaq. İyun ayından başlayaraq sosial lizinq proqramı çərçivəsində əlavə 50 min elektrik avtomobili təqdim ediləcək. Orta təbəqədən olan sürücülər, xüsusilə də ev xidmətləri ilə məşğul olanlar, səhiyyə işçiləri, sənətkarlar və dövlət əməkdaşları subsidiyalardan yararlanacaq.

Həmçinin sənətkarlar və ticarət sahibləri üçün iş alətlərinin elektrikləşdirilməsi də dəstəklənəcək. Eyni zamanda, enerji intensiv sənaye obyektləri və qida emalı müəssisələrinin karbonsuzlaşdırılması üçün addımlar atılacaq.

Sebastyən Lökornünün açıqladığı bu plan Fransanın enerji müstəqilliyini artırmaq və xarici yanacaqlardan asılılığı azaltmaq istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Aprel 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri