Fransa epidemiya astanasında: Denge qızdırması və çikunqunya təhlükəli şəkildə yayılıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa hökuməti ölkənin Avropa hissəsində denge və çikunqunya qızdırması epidemiyalarının mümkün başlanğıcı ilə əlaqədar həyəcan təbili çalır. Narahatlığın səbəbi qeydə alınmış xəstəlik hallarının kəskin artması olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BFMTV telekanalı xəbər yayıb.
Xüsusilə mürəkkəb vəziyyət Overn-Rona-Alp regionunda müşahidə olunur, burada səhiyyə orqanları qızdırma epidemiyasının genişmiqyaslı partlayışından ehtiyat edirlər. May ayının 1-dən Regional Səhiyyə Agentliyi artıq 31 denge qızdırması və 37 çikunqunya qızdırması halını qeydə alıb.
Qızdırmaların yayılması ilə mübarizə aparmaq üçün Fransa səhiyyə strukturları xəstələrin erkən aşkarlanması və təcrid edilməsinə, həmçinin daşıyıcıların - pələng ağcaqanadlarının populyasiyasının nəzarətinə yönəlmiş "qabaqlayıcı yanaşma" istifadə edirlər.
Təhlükəli xəstəliklərin yayılmasının səbəbi, virusları daşıyan pələng ağcaqanadının (Aedes albopictus) regiona daxil olmasıdır.
Denge qızdırması - yüksək hərarət, güclü baş və əzələ ağrıları, ürəkbulanma və səpki yarada bilən virus infeksiyasıdır. Ağır hallarda hemorragik forma inkişaf edir ki, bu da ölümlə nəticələnə bilər.
Çikunqunya qızdırması denge ilə oxşar simptomlara malikdir - yüksək hərarət, oynaq ağrıları, səpki. Lakin bu, nadir hallarda ölümlə nəticələnir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















