Icma.az
close
up
RU
Fransa Ermənistanı silahlandırır, revanşizmi körükləyir Tramp oyunu pozacaq

Fransa Ermənistanı silahlandırır, revanşizmi körükləyir Tramp oyunu pozacaq

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Paşinyanın bu açıqlaması göstərir ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyil. Bu da onu deməyə əsas verir ki, rəsmi İrəvan imitasiya xarakterli danışıqların davam etməsində maraqlı olacaq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq” blefini şərh edərkən deyib.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, N.Paşinyan Kazan görüşündə razılaşdırılmayan maddələrdən biri olan qarşılıqlı iddialardan geri çəkilməsi məsələsi ilə bağlı razılaşacaqlarını bildirsə də, bunun sülh sazişindən sonraya saxlanılacağını deyir:

“Bu isə onu deməyə əsas verir ki, Ermənistan qəbul edəcəyi ən uyğun maddələrdən birini qəbul etmirsə, o zaman, digər maddələr - Avropa İttifaqı missiyasının bölgədə fəaliyyətinin dayandırılması və konstitusiya dəyişikliyi, eyni zamanda ATƏT-in Minsk Qrupunun de-yure ləğvi ilə bağlı razılaşmayacaq. Bu isə o deməkdir ki, yaxın perspektiv üçün sülh sazişinin imzalanması mümkün olmayacaq".

Ekspert onu da əlavə edib ki, Ermənistanın sülhdən yayınmasının arxasında ilk növbədə Fransa dayanır:

"Rəsmi Paris revanşizmi körükləyir, Ermənistanı silahlandırır və Ukrayna savaşı fonunda şirnikləndirici vədlər verməklə sülh prosesinə əngəl yaradır. Fransanın məqsədi sülhə mane olmaq, yeni eskalasiyaya nail olmaq və Minsk qrupu formatında bölgəyə daxil olmaqdır”.

Əli Zülfüqaroğlu: Yaxın perspektiv üçün sülh sazişinin imzalanması mümkün olmayacaq

Müsahibimiz bildirib ki, amma bu siyasət uzun perspektiv üçün effektli ola bilməz. Onun gikrincə, Trampın hakimiyyəti dönəmində xüsusilə Fransa hökumətinin problemlərlə üzləşəcəyi ehtimalı yüksəkdir:

“Eyni zamanda ABŞ-nin yeni hökumətinin Ukrayna savaşına baxışı fərqlidir. Yəni Tramp bölgə ilə bağlı fərqli siyasət yürüdəcək. Bu da Fransanın pozucu siyasi xəttini effektsiz hala gətirəcək. Ona görə də, Fransanın Ermənistanı revanşizmə sürükləməsinin perspektivi sıfıra bərabərdir və Ermənistana sadəcə fəlakət vəd edir".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri