Icma.az
close
up
RU
Fransa əsl problemi gizlətmək üçün Azərbaycanı günahlandırır

Fransa əsl problemi gizlətmək üçün Azərbaycanı günahlandırır

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kanakiyada (Yeni Kaledoniya) fəaliyyət göstərən "La Dépêche de Kanaky" qəzeti Fransa hökumətinin və loyalist dairələrin yerli problemlərdən yayınmaq məqsədilə Azərbaycanı hədəf seçməsini tənqid edən məqalə dərc edib.

"AzPolitika" xəbər verir ki, "Saxta Bakı gündəmi: Problemin köklü səbəblərini müzakirə etməmək üçün günah keçisi seçildikdə" adlanan məqalədə müstəqillik tərəfdarı olan Kanak fəalları bəyan ediblər ki, rəsmi Parisin Azərbaycanı qınaması Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu gündəmdən çıxara bilməz.

Qeyd edək ki, bir müddət əvvəl Fransa Milli Assambleyasının deputatları xarici işlər naziri Jan-Noel Barroya məktub ünvanlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin dənizaşırı ərazilərlə bağlı mövqeyini "müdaxilə" adlandırıb, Bakıya qarşı sərt tədbirlərin görülməsini tələb ediblər və Fransa mediasında sanksiya çağırışları səsləndirilib. Lakin "La Dépêche de Kanaky" portalında yayımlanan bəyanatda vurğulanır ki, Azərbaycanı “xarici müdaxilə” kimi qələmə vermək əsl problemləri ört-basdır etmək cəhdidir.

Məqalədə bildirilib ki, Bakı problemin qaynağı deyil, sadəcə Fransanın illərdir üzləşməkdən qaçdığı müstəmləkəçilik reallığını qlobal müstəviyə daşıyan tərəflərdən biridir.

Nəşr Fransanın Yeni Kaledoniya məsələsini "daxili iş" kimi təqdim etməsinin BMT-nin dekolonizasiya öhdəlikləri ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır. Vurğulanıb ki, Kanakların azadlıq mübarizəsi Azərbaycanın bu mövzuya platforma ayırmasından onilliklər öncə başlayıb və insan hüquqlarının ümumbəşəri məsələ olduğunu vurğulayan rəsmi Bakının buradakı yeganə rolu informasiya blokadasına salınmış kolonializm problemini yenidən dünyanın diqqətinə çatdırmaqdır.

Kanaklar hesab edirlər ki, Fransa "Azərbaycan niyə bu mövzudan danışır?" sualını verərək əsas fikri yayındırmaq əvəzinə, Yeni Kaledoniyanın 40 ildən sonra hələ də niyə BMT-nin özünü idarə etməyən ərazilər siyahısında qaldığına, öz müqəddəratını təyin etmək prosesinin nə üçün yekunlaşmadığına və rəsmi Parisin yerli xalqın siyasi iradəsini tanımaq yerinə onların haqq səsini dünyaya çatdıranlara niyə hücum etdiyinə aydınlıq gətirməlidir.

Məqalənin yekununda qeyd olunub ki, Fransanın Bakını təcrid etmək kampaniyası bumeranq effekti verib, Azərbaycan səs hüququndan məhrum edilənlərin ən güclü tribunasına çevrilib və heç bir əsassız ittiham rəsmi Parisin daşıdığı tarixi məsuliyyəti silə bilməz. (Teleqraf)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri