Icma.az
close
up
RU
Fransa hakimiyyəti yeni güclərə qarşı ciddi müqavimət göstərə bilmir

Fransa hakimiyyəti yeni güclərə qarşı ciddi müqavimət göstərə bilmir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məlum olduğu kimi, Fransa 19-cu əsrdə Afrikada ələ keçirdiyi torpaqların bir qismi üzərində nəzarəti hələ də əlində saxlayır. Doğrudur, digər müstəmləkə imperiyaları kimi Fransa da 20-ci əsrin ortalarında əksər müstəmləkələrini itirdi və formal da olsa müstəqilliklərini tanımağa məcbur oldu. Lakin xüsusən də Afrikada Fransa müstəqilliyini əldə etmiş yeni dövlətlər üzərində müxtəlif sazişlər vasitəsilə təsir mexanizmləri qurdu və qeyri-rəsmi nəzarəti saxladı. Bu ölkələrin bir çoxunda rəsmi dövlət dili hələ də fransız dilidir, Fransa şirkətləri dominant üstünlüyə malikdir və s. Ancaq son illərdə vəziyyət dəyişib, Afrikada yeni oyunçular peyda olub. Bu yeni oyunçular Afrika ölkələri üçün yeni və daha cəlbedici şərtlər təklif edirlər”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.

Araşdırmaçı-jurnalist əlavə edib ki, əsasən Çin iqtisadi və enerji, habelə nəqliyat sahəsində ağırlığını qoymaqdadır: “Çin şirkətləri Afrikada yeni dəmir yolları, yollar, elektrik xətləri inşa edir, kommunikasiya sistemləri qururlar. Əlbəttə, bunlar güzəştli şərtlərlə olur və əvəzində qiymətli minerallar alınır. Təhlükəsizlik sahəsində isə son 10 ildə Rusiya Afrikada daha çox fəallaşıb. Vagner vasitəsilə 10-a yaxın ölkədə rus hərbçilərinin təlimatçı və hərbi mühafizə kimi xidmətlər göstərir. Bu da təbii ki, bölgənin "əsas sahibi" Fransa üçün ciddi narahatlıq yaradır. Bu sırada son 10 ildə Türkiyə də var. Türkiyə əsasən şimali və mərkəzi Afrikada fəallıq göstərir, yeni iqtisadi, enerji və infrastruktur layihələri həyata keçirir. Hər üçü Fransa üçün ciddi rəqibə çevrilib, hansı ki, bunu Prezident Makron da etiraf edib”.

K.Rövşənoğlunun bildirdiyinə görə, məhz bunun sayəsində son 10 ildə Fransanın Afrikadakı təsir dairəsində olan Mali, Niger, Burkina Faso, Çad, Sudan və Qvineyada hərbi çevrilişlər baş verib və hakimiyyətə yeni qüvvələr gəlib, hansı ki Fransa ilə əməkdaşlığa soyuq baxır: “Yəni proses var və Fransanın ənənəvi təsir dairələrində yeni və güclü rəqibləri ortaya çıxıb. Fransa hakimiyyəti isə hələlik bu yeni güclərə qarşı ciddi müqavimət göstərə bilmir. Çünki bir tərəfdən rəqiblər çox güclüdür, xüsusən də Çin böyük iqtisadi resurslara malikdir. Böyüyən iqtisadiyyat olaraq Çinə bazar lazımdır. İkinci tərəfdən Fransanın xoş xatırlanmayan müstəmləkə keçmişi var. Nəhayət, Fransanın özündə güclənən sağ millətçilik periferiya ölkələrdə anti Fransa ovqatını gücləndirir, onun ənənəvi mədəni təsir gücünü zəiflədir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri