Icma.az
close
up
RU
Fransa həbsxanalarında məhbus sıxlığı kritik həddə çatıb

Fransa həbsxanalarında məhbus sıxlığı kritik həddə çatıb

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Fransa çoxlu sayda əcnəbi məhbusları Şərqi Avropa ölkələrindəki cəzaçəkmə müəssisələrinə köçürmək variantını nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Figaro” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Danimarka və Kosovoda olduğu kimi, Fransa həbsxana rəhbərliyi öz cəzaçəkmə müəssisələrində olan sıxlığı aradan qaldırmaq üçün həll yolları tapmağa çalışır.

“Əldə etdiyimiz məlumatlara görə, məhbusların bu köçürülməsi yalnız bəzi əcnəbilərə təsir edəcək. Bu, 20 min nəfər və ya həbsxanalardakı bütün məhbusların dörddə biri deməkdir. Hazırda Fransa həbsxanaları 62 min yer üçün nəzərdə tutulub, lakin onlar 83 min məhbusu saxlayır”.

Nəşr hesab edir ki, məhbuslardan bəzilərinin köçürülməsi yer problemini yüngülləşdirə bilər. Əsas çətinlik məhbuslarla rəftarda Fransa standartlarına uyğunluğun təmin edilməsindədir. Fransada həbsxanaların sıxlığı artmaqda davam edir və hər ay yeni rekordlar müəyyən edir. Ötən ilin dekabrın 1-nə cəzaçəkmə müəssisələrində orta doluluq 129,5 faiz, bəzi cəzaçəkmə müəssisələrində isə 200 faizi ötüb.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Fransa həbsxanalarındakı vəziyyəti pisləyib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 May 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri