Fransa ilə oyun öncəsi Mərakeşdə ciddi itki: Oynamayacaq
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
DÇ-2026-da Mərakeş millisinin ən məhsuldar futbolçusu İsmayıl Saybari zədəsi səbəbindən Fransa yığmasına qarşı keçiriləcək 1/4 final qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
Milli.Az xəbər verir ki, bu barədə Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi məlumat verib. Onun açıqlamasını tanınmış idman jurnalisti və insayder Fabritsio Romano sosial şəbəkə hesabında yayımlayıb.
Baş məşqçi futbolçunun hələ tam hazır olmadığını bildirib:
"Hazırda o, oynamağa hazır deyil, hələ çox tezdir. Ümid edirəm ki, növbəti matçda meydanda ola biləcək."
İsmayıl Saybari zədəni DÇ-2026-nın 1/8 final mərhələsində Kanada millisinə qarşı keçirilən və Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə alıb. O, zədədən sonra matçın 22-ci dəqiqəsində əvəzlənmişdi.
Turnirdə indiyədək üç qol vuran yarımmüdafiəçi Mərakeş yığmasının ən məhsuldar oyunçusu hesab olunur.
Qeyd edək ki, Mərakeş - Fransa qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, dünya çempionatı davam edərkən Almaniyanın "Bavariya" klubu İsmayıl Saybarinin transferini rəsmən açıqlayıb. Futbolçu bundan əvvəl Niderlandın "PSV Eyndhoven" klubunun formasını geyinirdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 İyul 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















