Icma.az
close
up
RU
“Fransa ilk dəfədir açıq şəkildə Azərbaycanın diplomatik missiyasına zərbəni pisləyir

“Fransa ilk dəfədir açıq şəkildə Azərbaycanın diplomatik missiyasına zərbəni pisləyir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Fransa Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan səfirliyini raketlə vurmasını qətiyyətlə pisləyib.

Fransanın bu addımını Redaktor.az-a şərh edən politoloq Tural İsmayılov bildirdi ki, Fransa bu bəyanatla həm beynəlxalq hüququn pozulmasına reaksiya verir, həm də diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipinə xüsusi vurğu edir:

"Paris üçün bu məsələ təkcə humanitar narahatlıq deyil, həm də institutların təhlükəsizliyi ilə bağlı qlobal prinsipial mövqedir.
Bu açıqlama Fransanın Rusiya ilə münasibətlərində onsuz da gərgin olan xətti daha da sərtləşdirən addım kimi oxuna bilər. Paris Moskvanın əməliyyatlarını “sülh niyyətinə zidd” kimi təsvir etməklə həm Ukrayna xəttindəki mövqeyini gücləndirir, həm də Qərb blokunda daha aktiv siyasi aktor olduğunu nümayiş etdirir. Bu, Rusiyanı sırf tənqid etməkdən çox, Avropa təhlükəsizlik sisteminin artıq daha sərt və daha az kompromisli istiqamətə keçdiyini göstərir".

Politoloq vurğuladı ki, Fransa ilk dəfədir bu qədər açıq şəkildə Azərbaycanın diplomatik missiyasına zərbəni pisləyir və bunu ayrıca vurğulayır:

"Bu, Parisin Bakı ilə münasibətlərində yeni, daha praqmatik tonun yaranmasına işarə ola bilər. İstisna deyil ki, Fransa artıq Cənubi Qafqazda tam qarşıdurma ritorikasından qismən geri çəkilərək, daha balanslı görüntü verməyə çalışır.
Bunun “yeni siyasi mərhələ” olub-olmamasına gəldikdə isə, burada ehtiyatlı davranmaq lazımdır. Bu addım birdən-birə mövqelərin dəyişdiyini göstərmir, amma Paris-Bakı münasibətlərində ton dəyişikliyinin mümkünlüyünü göstərən simvolik jest kimi qiymətləndirilə bilər. Fransa hələlik strateji xəttini dəyişmir, amma diplomatik siqnal olaraq bu bəyanat diqqətdən yayınmamalıdır.
Yəni məsələ tam dönüş nöqtəsi deyil, amma siyasi temperaturun dəyişdiyini göstərən bir indikator ola bilər".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri