Fransa İran PUA larını vurdu Paris rəsmi olaraq müharibəyə qoşuldu
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransanın silahlı qüvvələri İran pilotsuz uçan aparatlarına (PUA) əleyhinə əməliyyat həyata keçirib.
Bakupost.az “Le-Monde”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Prezidenti Emmanuel Makron verib. Onun sözlərinə görə, əməliyyat regionda gərginliyin artdığı bir dövrdə, müttəfiq ölkələrin hava məkanının qorunması məqsədilə həyata keçirilib.
Rəsmi açıqlamada deyilir ki, İran PUA-ları dost ölkələrin səmasında əməliyyat apararaq müttəfiqlərin hava məkanını təhdid edirdi. Parisin dərhal reaksiyası nəticəsində bir sıra PUA-lar məhv edilib və regiondakı hərbi və mülki obyektlərin təhlükəsizliyi təmin olunub. Fransa Prezidenti televiziya müraciətində bu əməliyyatın “özünümüdafiə” məqsədli olduğunu açıqlayıb.
Fransa Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bildiriblər ki, bu addım Avropa və müttəfiq ölkələrin maraqlarını qorumaq üçün zəruri idi. Əlavə olaraq, Paris Kiprdə hava müdafiə və anti-PUA sistemlərini yerləşdirib, Yaxın Şərqdə “Rafale” döyüş təyyarələrini aktivləşdirib və hərbi gəmisini regiona göndərib.
Bu əməliyyat regionda strateji balansı dəyişdirə bilər və yaxın günlərdə diplomatik səviyyədə gərginliklərin artması ehtimal olunur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Fransa da müharibəyə qoşuldu: İran PUA larını vurdu
04 Mart 2026 12:16
ABŞ İran PUA larını vurdu
13 İyun 2026 10:05
İran ABŞ PUA larını vurdu Video
31 Mart 2026 13:46
İran Türkiyə sərhədində İsrailin kəşfiyyat PUA larını vurdu
14 İyun 2025 15:13
İordaniya İran PUA larını vurur VİDEO
13 İyun 2025 11:03
Baxış sayı:121
Bu xəbər 04 Mart 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















