Fransa Kiprə hərbi texnika toplayır
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın Yaxın Şərqdəki hadisələr səbəbindən Cənubi Kipr Rum Administrasiyasına bir hərbi gəmi (freqat) ilə yanaşı, raket və hava hücumundan müdafiə sistemləri göndərəcəyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, “Kipr” agentliyinin bir mənbəyə istinadən yaydığı məlumata görə, Fransa son hadisələrdən sonra müdafiə potensialını gücləndirmək məqsədilə Cənubi Kiprə raket və pilotsuz uçuş aparatlarından (PUA) müdafiə sistemləri, habelə bir freqat göndərəcək.
Xəbərdə Cənubi Kipr Rum Administrasiyasının rəhbəri Nikos Xristodulidisin bu gün səhər saatlarında Fransa Prezidenti Emmanuel Makrondan bu məsələ ilə bağlı təsdiq aldığı qeyd olunub.
Hər iki liderin dünən iki dəfə telefonla danışdığı və Xristodulidisin dəstək tələb etdiyi ifadə edilib.
Bundan əlavə, məlumatda Makronun Xristodulidisə Fransanın Kiprə raket sistemləri, PUA ələ keçirmə bölmələri və bir freqat yerləşdirəcəyini, ikinci bir freqatın isə qısa müddət ərzində bölgəyə çatacağını bildirdiyi vurğulanıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Mart 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















