Fransa klubu baş məşqçisini istefaya göndərdi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Fransanın "Nant" klubu baş məşqçisi Luis Kastro ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, evdə "Lans"a (1:2) məğlubiyyətdən sonra rəhbərlik portuqaliyalı mütəxəssisi istefaya göndərib.
Bu mövsüm keçirdiyi 15 oyunda cəmi 2 qələbə ("Oser" və "Paris") qazanan klub hazırda turnir cədvəlində sonuncu pillədə yer alır. Bununla da klubun aşağı liqaya düşmə ehtimalı artıb.
Klub rəhbərliyi komandanı müvəqqəti olaraq Əhməd Kantariyə həvalə edib. Mərakeş millisinin və "Valensyen"in sabiq müdafiəçisi olan Kantari ötən mövsüm də "Nant"da Antuan Kombuarenin köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Nant" növbəti oyununu cümə günü səfərdə "Anje"yə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:Fransa klubu baş məşqçisini göndərdi
11 Dekabr 2025 18:47
Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi
12 Noyabr 2024 00:17
İspaniya klubu baş məşqçisini istefaya göndərdi
18 Fevral 2025 12:01
İtaliya klubu baş məşqçisini istefaya göndərdi
11 Noyabr 2025 10:00
London klubu baş məşqçisini istefaya göndərdi RƏSMİ
08 Yanvar 2025 19:35
Baxış sayı:40
Bu xəbər 11 Dekabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















