Fransa məhbusların sayına görə yeni rekorda imza atdı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Fransa həbsxanalardakı insanların sayında növbəti dəfə tarixi maksimumla üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, 2025-ci il mayın 1-nə azadlıqdan məhrumetmə yerlərində 83 681 nəfər olub - bu, tarixin ən yüksək göstəricisidir. Bu arada ölkənin penitensiar sistemi cəmi 62 570 yer üçün nəzərdə tutulub. Belə ki, cəzaçəkmə müəssisələri 133,7%, bəzi müəssisələrdə isə 200%-dən çox yüklənir.
Əvvəlki antirekord 2024-cü ilin noyabrında, məhbusların sayının ilk dəfə olaraq 80 mini keçdiyi vaxt qeydə alınıb. O vaxtdan bəri rəqəmlər artmağa davam edib.
Fransa hakimiyyəti 2027-ci ilə qədər təxminən 15 min əlavə yer yaratmağa söz vermişdi, lakin bu planların həyata keçirilməsi gecikir.
Qeyd edək ki, Fransa Kipr və Rumıniyadan sonra Avropanın həbsxana sistemində ən kəskin problemləri olan ölkələrdən biri olaraq qalır.
Bu mövzuda digər xəbərlər:Azarkeş sayına görə rekorda imza atdı
27 Yanvar 2025 04:49
“Netflix” abunəçi sayına görə rekorda imza atdı
21 Yanvar 2026 15:58
Fransa klubu unikal rekorda imza atdı
20 Avqust 2025 11:29
Mbappe Fransa millisinin heyətində rekorda imza atdı
15 İyul 2026 00:12
Almaniya Dünya Kubokunda vurulan qolların sayına görə rekorda imza atdı
15 İyun 2026 10:59
Baxış sayı:124
Bu xəbər 31 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















