“Fransa məhkəməsi Qənimət Zahidə qarşı iddiamı təmin etdi” Video
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Qənimət Zahidə qarşı Fransa məhkəməsinə etdiyi şikayət əsasında çıxarılan qərarla bağlı mətbuat konfransı keçirib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Çingiz Qənizadə Paris Cinayət Məhkəməsinin iddia üzrə qərar qəbul edərək onun şikayətini təmin etdiyini bildirib.
“Mənim məqsədim xarici bloqerlərin çıxışlarının tamamilə cəfəngiyyat olduğunu sübut etmək və öz adımı təmizə çıxarmaq olub. Artıq 6 ilə yaxındır ki, bu qərarı gözləyirdim. 2019-cu ilin avqust ayında müxtəlif tarixlərdə Qənimət Zahidov özünün yutub kanalında mənim haqqımda böhtan xarakterli məlumat yayıb. O iddia edib ki, həmin vaxtlarda Rusiyada bir nəfər azərbaycanlının qətlə yetirilməsinin təşkilatçısı və ya iştirakçısı olmuşam və cəzalandırılmıram. Ona görə də bu böhtanlarla bağlı Fransa məhkəməsinə müraciət etdim. Çünki bu yalan iddiadan əleyhimə istifadə olunub. Eyni zamanda xalqın da düşüncəsinə təsir edib”, - Ç.Qənizadə deyib.
Hüquq müdafiəçisi əlavə edib ki, Qənimət Zahid proseslərdə iştirak etmək istəməyib: “Qənimət Zahid öncə proseslərə gəlmirdi. Onun haqqında məcburi gətirilmə qərarı çıxarıldı. Hətta gələndə özü ilə yalançı şahid də gətirmişdi, amma şahidi zaldan çıxarıldı. Bununla kifayətlənməyən Qənimət Zahid prosesi siyasi adlandırdı. O, Paris Cinayət Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərarı ilə cinayət törətmiş şəxs hesab edilib. Ona 500 avro cərimə cəzası kəsilib. Belə az miqdarın seçilməsinə səbəb onun iş yerinin olmaması və Fransa dövlətinin himayəsində olmasıdır. Bu, Azərbaycan dövlətinin tarixində ilk haldır. Mən başqa dövlətə sığınaraq şər-böhtan atan şəxsin həmin dövlətdə məhkəmədə uduzmasına səbəb oldum”.
Ç.Qənizadə deyib ki, Qənimət Zahidin bəhs etdiyi hadisə - azərbaycanlının qətlinə görə günahkarlar tutulub və cəzalandırlıb: “Qənimət Zahid bir də belə böhtana əl atsa, yaşadığı ölkədən xaric edilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 19 Fevral 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















