Fransa Mərakeş matçını 5 argentinalı idarə edəcək
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya çempionatının həlledici mərhələləri yaxınlaşdıqca FIFA-nın təyinatları da müzakirələrə və böyük marağa səbəb olur. Turnirin ən gərgin matçlarından biri olacaq Fransa - Mərakeş qarşılaşmasının hakim briqadası rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, FIFA bu mühüm qarşılaşmanı idarə etməyi tamamilə Argentinadan olan hakim briqadasına tapşırıb. Rəsmi təyinata əsasən, meydandakı ədalət təmsilçisi və köməkçiləri daxil olmaqla, matçda ümumilikdə 5 argentinalı hakim fəaliyyət göstərəcək.
Görüşün baş hakimi Fakundo Tello olacaq. Ona yan xətlərdə Xuan Pablo Belatti və Qabriel Çade kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dario Errera, ehtiyat köməkçi hakim vəzifəsini isə Kristian Navarro yerinə yetirəcək.
Bu təyinat sosial şəbəkələrdə və idman mediasında artıq geniş müzakirə mövzusuna çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 08 İyul 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















