Icma.az
close
up
RU
Fransa Mərkəzi Bankının xəbərdarlığı: Defisit azaldılmasa, ağır nəticələr qaçılmazdır

Fransa Mərkəzi Bankının xəbərdarlığı: Defisit azaldılmasa, ağır nəticələr qaçılmazdır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Fransada 2026-cı il dövlət büdcəsi hələ təsdiqlənməyib. Bu vəziyyət fonunda Fransa Mərkəzi Bankının rəhbəri Fransua Villerua de Qalo hökumət və parlamenti ciddi maliyyə riskləri barədə xəbərdar edib.

AZƏRTAC xəbər verir ki, o BFMTV-yə müsahibəsində bildirib ki, əgər bu il büdcə kəsiri 5 faizə endirilməsə, Fransa “qırmızı zona”ya daxil olacaq. O xatırladıb ki, “Banque de France” siyasi baxımdan neytraldır.

“Hazırda büdcə kəsiri ÜDM-in 5,4 faizini təşkil edir. 2029-cu ilə qədər bu göstəricinin 3 faizə endirilməsi Avropa öhdəliklərinin yerinə yetirilməsi və dövlət borcunun sabitləşdirilməsi üçün vacibdir. 2026-cı ildə defisitin maksimum 5 faiz səviyyəsində saxlanılması həm zəruri, həm də mümkündür. Lakin hazırda ölkənin təsdiqlənmiş büdcəsi yoxdur. Büdcə olmadığı müddətdə defisitin azaldılması da mümkün deyil”, – deyə o vurğulayıb.

Mərkəzi Bankın rəhbəri xəbərdarlıq edib ki, defisit 5 faizdən yuxarı qalarsa, Fransa beynəlxalq kreditorlar və maliyyə bazarları baxımından riskli zona hesab olunacaq: “Bu, Avropa İttifaqının sanksiya prosedurlarını yenidən işə salması, reytinq agentliklərinin kredit reytinqini aşağı salması və investorların bazarı tərk etməsi ilə nəticələnə bilər. Yüksək faiz dərəcələri yalnız dövlət maliyyəsinə deyil, şirkətlərin investisiya kreditlərinə və ailələrin ipoteka ödənişlərinə də mənfi təsir göstərəcək. Bu riski gözə almamalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri