Fransa müstəmləkə dövründə qətlə yetirilən üç nəfərin kəllə sümüklərini Madaqaskara qaytarıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Paris, 27 avqust, AZƏRTAC
Fransa hökuməti müstəmləkə dövründə öldürülmüş üç nəfərin kəllə sümüklərini Madaqaskara qaytarıb. Bunlardan birinin XIX əsrin sonunda Fransa əsgərlərinin Madaqaskarda qətlə yetirdikləri Sakalava icmasının kralı Toeraya, ikisinin isə onun döyüşçülərinə aid olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, kəllə sümüklərinin qaytarılması ilə bağlı Parisdə yerləşən Fransa Mədəniyyət Nazirliyində tədbir keçirilib.
Madaqaskarın Mədəniyyət və Kommunikasiya naziri Volamiranti Donna Mara bildirib ki, kəllə sümükləri bu həftə Parisdəki Madaqaskar səfirliyində sərgilənəcək, avqustun 31-də isə Madaqaskara aparılacaq.
Qeyd edək ki, kəllə sümükləri qaytarılan insanlar Fransanın Madaqaskardakı müstəmləkə dövründə öldürülüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 Avqust 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















