Fransa müxalifəti: Makron dünyanın ən nüfuzsuz siyasətçisidir
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
“Fransa Prezidenti Emmanuel Makron hazırda dünyanın ən nüfuzsuz prezidentidir”.
Modern.az xəbər verir ki, bu fikirləri Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki paylaşımında səsləndirib.
Onun sözlərinə görə, cəmi 11 faiz bəyənmə reytinqinə sahib olan və dünyada ən çox tənqid edilən prezident kimi Makronun hər hansı təşəbbüslə çıxış etməyə haqqı yoxdur. Filippo bildirib ki, bu göstəricilər fonunda Fransa prezidentinin legitimliyi sual altındadır.
Müxalifət lideri Makronu siyasi fəaliyyətdən geri çəkilməyə çağıraraq qeyd edib ki, əgər istefa vermək niyyəti yoxdursa, ən azı səlahiyyət müddəti bitənə qədər hər hansı açıqlama və ya addımdan çəkinməlidir.
Baxış sayı:101
Bu xəbər 07 Fevral 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















