Icma.az
close
up
RU
Fransa: Muzeylərdən oğurluq seriyası davam edir FOTO

Fransa: Muzeylərdən oğurluq seriyası davam edir FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransada muzeylərdən dəyərli əşyaların oğurlanması davam edir.

Avtosfer.az xəbər verir ki, bu dəfə məşhur maarifçi Deni Didronun Lanqr kommunasındakı ev-muzeyi (Maarifçilik evi) talana məruz qalıb. Ötən gün mühafizəçilər sürgülü qapının qırıldığını görüblər. Yoxlama zamanı vitrinlərdən birininqırılaraq oradakı qızıl və gümüş sikkələrin götürüldüyü məlum olub. 

Ekspertlər hadisə yerinə baxış keçirərkən oğurluq edən şəxsin peşəkar davrandığını aşkara çıxarıblar. Hadisəni törədən şəxs yalnız bazar dəyəri yüksək olan sikkələri götürüb, digər eksponatlara toxunmayıb. Ekspozisiyada sərgilənən pullar 2011-ci ildə Didronun ev-muzeyinin bərpası zamanı tapılmış dəfinənin 1 hissəsidir. Dəfinədə 1633 gümüş və 319 qızıl sikkə olub (1790-1840-cı illər). O dövrdə dəfinənin dəyəri 90 min avro idi. Həmin vaxtı birjada qızılın 1 unsiyası 1910 dollar, gümüşün isə 34 dollar idi. 

Bu, Fransa muzeylərindən yeganə bahalı oğurluq hadisəsi deyil. Luvr muzeyindən bu həftə qarət olunmuş eksponatların dəyəri 88 milyon avrodan çoxdur.  Sentyabrda Paris Təbiət Tarixi Muzeyindən oğurlanmış qızıl külçələrinin kütləsi 6,5 kiloqram, bazar dəyəri 1,5 milyon avrodur. Külçələr təbii olduğu üçün elmi və mədəni dəyəri daha yüksəkdir. Yenə ötən ay Limoj keramika muzeyindən oğurlanan çini qabların dəyəri 10 milyon avroya yaxındır.

Luara muzeyindən oğurlanmış 300 quş müqəvvasının dəyəri isə tam müəyyənləşdirilməyib. Ekspertlər muzeylərin mühafizəsinə yetərli həcmdə malıiyyə ayrılmadığı qənaətindədirlər.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Noyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see153

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ

20 Dekabr 2025 19:54see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri