Icma.az
close
up
RU
Fransa nəhənginin prezidenti Salahın keçidinə münasibət bildirdi

Fransa nəhənginin prezidenti Salahın keçidinə münasibət bildirdi

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi "Liverpul"un futbolçusu Məhəmməd Salahı transfer etmək istədikləri haqda yayılan məlumatlara münasibət bildirib. Sport24.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçu ilə danışıqlar aparmadıqlarını deyib:

"Mən Salahı həm də buna görə bəyənirəm ki, o, coğrafi olaraq bizim bölgədəndir. Düzünü desəm, "Liverpul" üçün etdikləri baxımından Salahla fəxr edirəm. Salaha və "Liverpul"a böyük hörmətim var. Buna görə də biz onunla heç vaxt danışıqlar aparmamışıq".

Qeyd edək ki, bundan əvvəl mətbuatda PSJ-nin Salaha ildə təxminən 40 milyon avro maaş ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Bu məbləğ, eləcə də bonuslar sayəsində misirli futbolçu planetin ən yüksək maaş alan oyunçularından birinə, Avropanın isə ən çox məvacibli futbolçusuna çevrilə bilərdi.

seeBaxış sayı:34
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri