Icma.az
close
up
RU
Fransa niyə “dağılır”? Alov Avropanı bürüyəcək

Fransa niyə “dağılır”? Alov Avropanı bürüyəcək

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Fransa yenidən qarışıb. Dünən paytaxt Paris də daxil olmaqla, ölkənin bir çox şəhərində on minlərlə etirazçı küçələrə tökülüşüb dağıdıcı aksiya keçirib. Məlumata görə, Fransa hakimiyyəti etirazları yatırmaq üçün meydanlara 70 mindən çox polis çıxarıb. Etirazçılar yalnız nümayiş keçirməklə kifayətlənməyib, qarşılarına çıxan bütün mağazaları dağıdıb və yağmalayıblar.

Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.

O, Fransada baş verənlərin səbəblərini bu cür izah edib:

1. Hökumət böhranı

Fransada son 9 ildə 9 hökumət bir-birini əvəz etdi. Təkcə 2022-2024-cü illərdə 4 hökumət dəyişdi. 2025-ci ildə qurulan Sebastyan Lekornu hökumətinin ömrü cəmi 26 gün sürdü.

2. Çıxılması mümkün olmayan sosial dalan

Fransada hazırda 30 milyon işçi, 17 milyon pensiyaçı var. Bəzən pensiyaçıların sayı 20 milyona belə yüksəlir. Bu isə o deməkdir ki, Fransada işçi qüvvəsi özünün 3-də 2-nə yaxınlaşan şəxsləri də saxlamalıdır.

Rəsmi Paris sosial xərcləri azaltmaq üçün bəzi tədbirlərə əl atsa da, bu siyasət istər-istəməz narazılıqları artırır. Belə tədbirlərdən biri də pensiya yaşının artırılmasıdır. 2023-cü ilə qədər Fransada pensiya yaşı 62 idi. 2023-də bu yaş həddi 64-ə yüksəldildi. Yaxın illərdə onun 67-yə yüksəldilməsi gözlənilir. Ən pisi isə odur ki, hər il pensiyaya çıxanların sayında artım, işçilərin sayında isə azalmalar yaşanır. Nəticədə işçilərin yükü artır.

Fransa xalqının nəyə etiraz etdiklərini ölkənin Həmkarlar İttifaqının 17 oktyabrda yayımladıqları bəyanat da ortaya qoyur. Bəyanatda dolanışıq qiymətlərinin artması və alıcılıq qabiliyyətinin zəifləməsinin qarşının alınması tələb olunurdu. Əmək haqlarının artırılması, məktəb və xəstəxanalar üçün ayrılan büdcənin böyüdülməsi, daha çox işçinin işə cəlb olunması və iş şəraitinin yaxşılaşdırılması kimi tələblər də bəyanatın başlıca tezislərindən idi.

3. Enerji böhranı

Etirazçıların digər tələbləri arasında enerji böhranı da var. Şagirdlərin başlatdığı etiraz aksiyalarına sonradan qoşulan “Sarı jiletlilər” əsasən bu tələbi irəli sürürlər. Onlar enerji qiymətlərinin artmasına etiraz edir, qiymətlərin dondurulmasını və bu sektorda fəaliyyət göstərən şirkətlərə daha yüksək vergilər tətbiq edilməsini istəyirlər.

4. İqtisadi tənəzzül və inflayisiya

Dərd burasındadır ki, Fransa üsyançılarının bu tələblərini yerinə yetirmək faktiki olaraq mümkün deyil. Buna Fransanın son zamanlar yaşadığı iqtisadi böhran imkan vermir.

Ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) Fransada inflyasiyanın avqust ayında 2,6 faizdən sentyabr ayında 3,4 faizə yüksəldiyini açıqlayıb. İnstitutun iddiasına görə, qiymətlərin artması ev təsərrüfatlarına, xüsusən də aşağı gəlirli qruplara təzyiq göstərir və alıcılıq qabiliyyətini azaldır. Fransanın iqtisadi böhrandan çıxaması üçün büdcənin sərt qənaət tədbirləri və xərclərin azaldılması ilə formalaşdırılması tələb olunur ki, bu da etirazların əsas səbəbidir. Başqa sözlə desək, Fransa etirazçıların tələblərini nəzərə alıb gərəkən addımları atsa, daha çox insanın narazılar ordusuna qoşulmasına yol açacaq.

Hökumət xərcləri azaltmaqla və lazımsız hesab etdiyi maddələri nəzərdən keçirməklə 54 milyard avro qənaət etməyi hədəfləyir. Təklif olunan tədbirlər arasında pensiya sxemlərində düzəlişlər də var. Fransa xalqı isə bu kəmərsıxma siyasətlərinə olduqca həssas yanaşır.

Parisin digər bir seçənəyi xarici ölkələrdən borclanmaqdır ki, bu da problemin həlli yolu deyil. Dərd burasındadır ki, Fransaya o borcu vermək istəyən bank da tapılmaya bilər. Bununla belə, Paris 2027-ci ili başı bədəninin üstündə çıxarmaq üçün təxminən 340 milyard avro borc almağa hazırlaşır. Bu isə onsuz da hazırda 3.6 trilyon borcu 4 trilyona yüksəldə bilər. Nəticədə bu, Fransanın xarici borcunun ÜDM-in 120%-ni keçməsi deməkdir.

Problem ondadır ki, Fransanın indiki borcu belə Avropa Birliyinin üzv ölkələrinə tanıdığı limitin 2 qatı qədərdir. Avropa Birliyinin rəsmi təlimatlarında üzv dövlətlərinə ÜDM-nin 60%-ni keçməyəcək qədər borclanma haqqı verilib. Fransa isə bu limiti çoxdan keçib və sərt kəmərsıxma siyasətləri həyata keçirməsə borclanma nisbətini ÜDM-nin 60%-nə endirə bilməyəcək.

Üstəlik, AB-nin nizamnaməsinə görə, ölkələrin illik büdcə kəsirləri də ÜDM-nin 3%-ni keçməməlidir. Fransa isə hələ ötən il 5.1% büdcə kəsiri vermişdi. Bu il isə həmin rəqəmin 5,4%-ə yüksəlməsi gözlənilir.

Fransa iqtisadiyyatı da yaxşı heç nə vəd etmir. Müxtəlif maliyyə institutlarının hesablamalarında ən nikbin proqnozlar ölkə iqtisadiyyatının bu il sadəcə 0.4-0.6% böyüyəcəyini (IMF) göstərir. Fransa hökuməti isə israrla iqtisadi böyümənin 1% olacağını bildirir. Beynəlxalq maliyyə institutlarının bu proqnozları iqtisadi durğunluq deməkdir. Hətta bəzi hesabatlarda böyümə nisbəti 0 olaraq göstərilir.

Qeyd edək ki, Fransanın yaşadığı bu iqtisadi böhran yalnız ona da xas deyil. Avropa Birliyinə daxil olan əksər ölkələrin rəsmi iqtisadi hesabatları vəziyyətin kritik həddə olduğundan xəbər verir. Avropanın ən böyük və stabil ölkəsi Almaniyada belə büdcə kəsiri 2,9%-ə, dövlət borcu isə ÜDM-ə nisbətdə 62,8%-ə yüksəlib. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi Avropa Birliyi təlimatlarındakı 60%-lik limitin keçilməsi deməkdir.

Ümumiyyətlə Avrozona ölkələrinin ümumi dövlət borcu təxminən 14,4 trilyon avroya çatıb. “Avrostat”ın məlumatlarına görə, 2025-ci ildə AB-nin nominal ÜDM-nin təxminən 18,8 trilyon avro olduğunu nəzərə alsaq, bu, hardasa 82-83 faiz borclanma deməkdir.

Qısası, Fransada başlayan iğtişaşların yaxın zamanlarda bütün Avropanı bürüməsi qətiyyən təəccüblü olmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Oktyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri