Icma.az
close
up
RU
Fransa ordusu Senegalı tərk etdi

Fransa ordusu Senegalı tərk etdi

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa bu gün rəsmi olaraq Senegaldakı son iki hərbi bazasını geri qaytardı və bununla da Parisin Qərbi və Mərkəzi Afrikada daimi hərbi düşərgələri qalmadı.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Senegal Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Mbaye Sisse və Fransanın Afrikadakı qoşunlarının komandanı general Paskal İanni Dakar şəhərində keçirilən rəsmi mərasimdə iştirak ediblər.

Mərasim zamanı Fransa ölkədəki ən böyük bazası olan Camp Geille və Dakar hava limanındakı hava bazasını Senegala təhvil verib.

Bu təhvil-təslimlə Fransa ordusunun Senegaldakı 65 illik hərbi mövcudiyyəti başa çatmış olub. Fransanın kontinent üzrə geri çəkilmə qərarı keçmiş müstəmləkələrin Parislə münasibətlərə yenidən baxması fonunda verilib.

Artıq 350 fransız əsgəri ölkəni tərk edir

Fransa ilə birlikdə əməliyyatlar aparan təxminən 350 fransız əsgəri mart ayında başlanan üç aylıq çıxış prosesi çərçivəsində indi ölkəni tərk edir.

2024-cü il prezident seçkilərində qələbə qazanan və dərin dəyişikliklərə söz verən Senegal Prezidenti Bassiru Diomay Faye Fransadan 2025-ci ilə qədər qoşunlarını çıxarmağı tələb etmişdi.

Lakin digər keçmiş Fransa müstəmləkələrindən fərqli olaraq, məsələn, ordunun hakimiyyətdə olduğu Burkina Faso, Mali və Niger, Faye Fransayla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bəyan edib.

"Suverenlik"

Senegal 1960-cı ildə müstəqillik qazandıqdan sonra Fransanın Afrikadakı ən yaxın müttəfiqlərindən birinə çevrilmişdi. Keçmiş prezident Maki Sall dövründə də bu əməkdaşlıq davam etmişdi.

Lakin Faye prezident seçilərkən "Sall dövrü ilə köklü ayrılıq" vəd etmiş və Fransanı digər xarici tərəfdaşlarla eyni səviyyədə görəcəyini demişdi.

O bildirib:

"Senegal müstəqil dövlətdir, suveren dövlətdir və suverenlik hərbi bazaların mövcudluğunu qəbul etmir".

Eyni zamanda o vurğulayıb ki, Fransa hələ də Senegal üçün mühüm tərəfdaş olaraq qalır.

Prezident Faye həmçinin Fransadan müstəmləkə dövründə törədilmiş zorakılıqlara, o cümlədən 1 dekabr 1944-cü ildə Fransanın tərəfində döyüşən onlarla afrikalı əsgərin qətliamına görə üzr istəməsini tələb edib.

Qitə üzrə fransız ordusunun çıxarılması

Afrika ölkələri arasında Fransanın hərbi mövcudiyyətinə qarşı artan etirazlar səbəbindən Paris son illərdə keçmiş müstəmləkələrindəki bir çox bazanı bağlayıb və ya qüvvələrini azaldıb.

Fevral ayında Fransa Fil Dişi Sahilindəki sonuncu bazasını geri qaytararaq oradakı onilliklər boyu davam edən hərbi mövcudiyyətinə son qoyub.

Yanvarda isə Fransa Çaddakı Kossei bazasını, yəni Sahel bölgəsindəki sonuncu hərbi dayağını təhvil verib.

2020-2023-cü illərdə Burkina Faso, Mali və Nigerdə baş verən hərbi çevrilişlər nəticəsində hakimiyyətə gələn hərbi liderlər Fransayla münasibətləri kəsib və əvəzində Rusiyaya üz tutublar.

Mərkəzi Afrika Respublikası da Fransadan hərbi qüvvələrini çıxarmağı tələb edib və orada da Rusiya muzdluları yerləşdirilib.

Hazırda Fransa ordusu yalnız Qabonda birgə istifadə olunan bir baza saxlayır.

Yeganə daimi baza - Cibuti

Fransanın Afrikadakı yeganə daimi hərbi bazası bundan sonra yalnız Afrika Buynuzu bölgəsindəki kiçik Cibuti dövlətində yerləşəcək.

Orada təxminən 1500 nəfərlik fransız hərbi kontingenti yerləşir və Paris həmin bazanı Afrikada əsas qərargah kimi istifadə etmək niyyətindədir.

Kənan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri