Icma.az
close
up
RU
Fransa Qərbi Afrika əsgərlərinin qətliamını tanıdı

Fransa Qərbi Afrika əsgərlərinin qətliamını tanıdı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa prezidenti Emmanuel Makron ilk dəfə rəsmi olaraq 1944-cü ildə Qərbi Afrika əsgərlərinin öldürülməsini qətl adlandırıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici KİV E.Makronun Seneqal hökumətinə ünvanladığı məktuba istinadən məlumat yayıb.

Məktubda o, baş verənləri faciə adlandırıb və faciənin bütün həqiqətlərinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

1944-cü il dekabrın 1-də İkinci Dünya Müharibəsi zamanı Fransa ordusu tərəfində döyüşən 400-ə qədər Qərbi Afrika əsgəri güllələnib. Buna səbəb əmək haqqının ödənilməməsi nəticəsində baş verən üsyan olub. Ölənlərin əksəriyyəti “Tirailleurs Senegalais” (“Seneqal atıcıları”) müstəmləkə piyada korpusunun üzvləri olub.

Seneqal Prezidenti Bassiru Diomaye Faye məktubu şərh edərkən bildirib ki, bu addım Tiaroydakı hadisələr barədə həqiqətin üzə çıxması üçün qapı açmalıdır.

“Fransa etiraf etməlidir ki, əmək haqqı tələb edən əsgərlər və atıcılar arasındakı qarşıdurma qətliama gətirib çıxaran hadisələr zəncirini yaradıb”, – Makronun məktubunda bildirilib.

O, həmçinin professor Mamadu Diuf tərəfindən rəhbərlik edilən Faktların Bərpası Komitəsinin işinin faciənin səbəblərinin öyrənilməsi istiqamətində mühüm addım olacağını vurğulayıb.

Makronun bu addımı Fransa ilə Qərbi Afrikadakı keçmiş müstəmləkələri arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir. Seneqalda son seçkilərdə hakim PASTEF partiyası səslərin böyük əksəriyyətini qazanıb. Yeni prezident Fay fransız şirkətləri də daxil olmaqla xarici şirkətlərdən iqtisadi müstəqillik əldə etməyi hədəfləyib.

B.Fay, həmçinin Seneqalda Fransa qoşunlarının mövcudluğu mövzusuna toxunub: “Çin və ya Rusiya kimi başqa bir ölkənin ordusunun Fransa ərazisində hərbi bazaya sahib olmasını təsəvvür etmək çətindir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see278

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see270

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see258

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see257

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see252

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see247

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see244

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see233

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see225

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see218

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see208

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see208

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see205

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see203

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see194

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see186

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see186

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see172

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri