Fransa Qrenlandiyada baş konsulluq açdı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Fransa Nuukda baş konsulluq açaraq Qrenlandiyada bu səviyyədə diplomatik nümayəndəlik açan ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün baş konsul Jan-Noel Puari vəzifəsinin icrasına başlayıb. Konsulluğun açılması Fransanın konsulluq şəbəkəsini gücləndirmək və Arktika regionunda mövcudluğunu genişləndirmək qərarı çərçivəsində həyata keçirilib.
Yeni baş konsulun vəzifəsi fransız icması ilə işləmək, eləcə də Qrenlandiya ilə mədəni, elmi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq layihələrini inkişaf etdirməkdir. Bundan əlavə, Fransa tərəfi yerli hakimiyyət orqanları ilə siyasi təmasları gücləndirmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Fevral 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















