Fransa Rusiyanın kölgə donanması ilə əlaqəli tankerini sərbəst buraxıb
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa hökuməti martda Rusiyanın kölgə donanmasına mənsub olması şübhəsi ilə saxlanılmış "Deyna" tankerinin Marsel limanını tərk etməsinə icazə verib.
Moderator.az Fransa mətbuatına istinadən xəbər verir ki, Mozambik bayrağı altında üzən və əvvəllər Murmanskdan yola düşən gəmi Fransanın ərazi sularını tərk edərək Aralıq dənizinə yönəlib və Çinə istiqamət alıb.
Tanker martda Fransa və Böyük Britaniyanın iştirakı ilə Balear adaları yaxınlığında saxlanılmışdı. Tankerin sahibi gəminin milli mənsubiyyətini təsdiq edən lazımi sənədlərin olmaması ilə bağlı günahını etiraf edib və cərimə ödəyib. Cərimənin məbləği açıqlanmır.
Fransa hökumətinin məlumatına görə, ötən ilin sentyabrından etibarən sanksiyalardan yayınmaqda şübhəli bilinən üç gəmi yoxlanılıb. Aİ bu sanksiyaları Ukraynada müharibə başladıqdan sonra tətbiq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















