Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək

Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Politoloq Akop Badalyan Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin “Dağlıq Qarabağ”ın Azərbaycan ərazisi olması ilə bağlı müsahibısində söylədiyi fikirləri tənqid edib. 

Parisin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli formatda 2022-ci il oktyabrın 7-də əldə edilmiş Praqa razılaşmaları üzrə vasitəçilik məsuliyyətindən azad olmaq istəyi ilə bağlı ola bilər. 

Qeyd edək ki, Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan Dekotini özünü ölkəmizin ərazi bütövlüyünün bir növ tərəfdarı kimi göstərməyə çalışıb. 

Daha doğrusu, səfir ilk baxışdan belə təəssürat yaradan açıqlamalar verib: 

““Dağlıq Qarabağ” bir dövlət kimi nə beynəlxalq ictimaiyyət, nə də Ermənistan tərəfindən tanınıb. Ermənistan isə Almatı Bəyannaməsi qəbul ediləndən sonra “DQR”-i Azərbaycanın bir hissəsi kimi tanıyıb”,-deyən Olivye Dekotini qeyd edib ki, sovet dövründə “Dağlıq Qarabağ” Azərbaycanın tərkibində vilayət olub. 

“Bunun 2022-ci ildə Praqada tanındığını deyənlər yalan danışırlar. Çünki “Dağlıq Qarabağ” Almatı Bəyannaməsi qəbul ediləndən (1991-ci il) Azərbaycanın bir hissəsi kimi tanınıb. Praqa yalnız bu bəyannaməyə istinad edir. İndi yeganə sual budur ki, Ermənistanın üzərindən gələn təhlükələri aradan qaldırmaq üçün ədalətli, sabit sülhə necə nail olmaq olar”, - deyə Dekotinni bildirib. 

Ermənilərin Qarabağa qayıtması ilə bağlı səfir bildirib ki, bu, fərziyyə deyil, 2023-cü ilin noyabrında Beynəlxalq Məhkəmənin qərarı ilə tanınan hüquqdur. Dekotini iddia edib ki, Azərbaycan bu qərarı icra etməyə borcludur. O qeyd edib ki, bu qərarda Qarabağ sakinlərinin (erməniləri nəzərdə tutur-red.) öz evlərinə qayıtmasının təhlükəsizliyi, mədəni irsin qorunması, mədəni və dini hüquqların təmin edilməsi meyarları ətraflı şəkildə təqdim olunur: 

“Bizim mövqeyimiz çox dəqiqdir- məcburi köçkün “Artsax” xalqına və onları qəbul etmiş Ermənistana yardım göstərmək”. O, Fransanın Qarabağdan könüllü köçən ermənilərə 2023-cü ilin sonunda və 2024-cü il ərzində humanitar yardım göstərən ilk ölkə olduğunu xatırladıb: ““Artsax xalqı”nın vətənə qayıtmaq hüququnu unutmaq olmaz”. 

Səfir Dekotini Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatnın (KTMT) üzvü kimi Ermənistanı müdafiə etmədiyini bildirib və Moskvanın ünvanına tənqidi fikirlər səsləndirib. “Fransa Rusiyanın Ermənistanı tərk etdiyini deməyib, bu, sadəcə faktın etirafı idi”- diplomat əlavə edib. 

Olivye Dekotini İctimai Radioya müsahibəsində Fransa Xarici İşlər Nazirliyinin Rusiyanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin siyasi tənzimlənməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə bəyanatını da şərh edib. Bununla bağlı Dekotini xatırladıb ki, Ermənistan və Rusiya strateji tərəfdaşdır, Ermənistan KTMT-nin üzvüdür və 1992-ci ildən ikitərəfli əməkdaşlıq haqqında saziş var. “Deyək ki, 2020-ci il müharibəsi (44 günlük müharibə nəzərəd tutulur-red.) Azərbaycanın Rusiyanın müdaxilə edə bilmədiyi beynəlxalq səviyyədə tanınmış ərazisində baş verib. 

Amma 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana təcavüzü nümayiş etdiriləndə, hüquqi mənada vəziyyət daha şəffaf olanda - KTMT-nin üzvü olmayan ölkə KTMT üzvü olan dövlətə hücum edəcəkdi, o zaman Rusiya da buraya müdaxilə etmədi. 2023-cü ilin sentyabrında isə sülhün təminatı üçün Dağlıq Qarabağda olan Rusiya hərbçiləri “Dağlıq Qarabağ”a Azərbaycan Silahlı Qüvvələrinin hücumuna məruz qalanda yerindən tərpənmədilər”, - fransalı diplomat qeyd edib. Bununla bağlı Dekotini qeyd edib ki, son illər Ermənistanın Rusiyaya hər dəfə ehtiyacı yarananda Moskvanın onun yanında olmadığını görmək olar. 

Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatları ilə tez-tez gündəm olan Fransa səfiri gözlənilmədən əks mövqedən çıxış edir. Dektotini Qarabağın tarixən Azərbaycan torpağı olduğunu etiraf edir və Ermənistanın da bununla razılaşdığını deyir. Səfirin açıqlaması Fransanın regionla bağlı siyasətində, o cümlədən Azərbaycana münasibətində dəyişiklik etdiyini, yoxsa bu diplomatik terminlərin arxasında siyasi hiyləgərliyin dayandığına dair suallar yaradır. 

Bu baxımdan, Olivye Dekotininin fikirlərini ayrılıqda təhlil etməyə ehtiyac var. Diplomatın çıxışında diqqəti çəkən ilk məqam Ermənistanın Praqa Bəyannaməsi ilə “Dağlıq Qarabağ”ı Azərbaycan ərazisi kimi tanıdığını iddia edənlərin yalan danışdığını deməsidir. Maraqlıdır, bu ifadəni kim işlədib və Fransa səfiri kimi yalançı çıxartmaq istəyir? 

Qeyd edək ki, fevralın 17-də mətbuat konfransı keçirən Ermənistanın eks-prezidenti Robert Köçəryan Nikol Paşinyanı Praqa Bəyannaməsini imzalamaqla Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqda ittiham edib. Köçəryan bildirib ki, Praqa Bəyannaməsinin imzalanması Paşinyanın hakimiyyətə gəldikdən sonra yol verdiyi üç ölümcül səhvdən biri olub. 

Sabiq dövlət başçısının sözlərinə görə, Ukraynada müharibənin başlanmasından sonra geosiyasi oyunlara girişən Nikol Paşinyan 2022-ci ilin oktyabrında “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Praqa Bəyannaməsini imzalayıb. Köçəryan hesab edir ki, bu sənəd Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 2020-ci ilin noyabr Bəyanatına uyğun olaraq Moskvanın üzərinə götürdüyü vasitəçilik missiyasını ləğv edib. 

“Bu, ölümcül səhv idi və biz hamımız bunun əvəzini “Dağlıq Qarabağ”ın itirilməsi ilə ödədik”,-deyə Robert Köçəryan bildirib. Yəni Fransa səfirinin Köçəryanın ünvanına “daş atdığı”nı görmək olar. Dekotini keçmiş prezidentin yalan danışdığına eyham vurmaqla dolayısı ilə Nikol Pşainyanı müdafiə edir. Çünki Fransa rəhbərliyi və şəxsən Prezident Emmanuel Makronun Ermənistanın Baş nazirini siyasi himayə etdiyini nəzərə alsaq, bu sifarişin Parisdən gəldiyi şübhə doğurmur. 

Səfir Dekotini Almatı Bəyannaməsini yada salmaqla Qarabağın Paşinyandan əvvəl, o cümlədən Köçəryanın prezidentliyi dönəmində Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanındığını diqqətə çatdırır. Fransalı diplomat demək istəyir ki, Köçəryan prezident kimi Azərbaycanla danışıqlar apardığı illərdə Qarabağın müstəqil dövlət olması barədə verilən vədlərin yalan olduğunu bilib. Köçəryan Qarabağın beynəlxalq hüquqla tanınmış Azərbaycan ərazisi olduğunu bildiyi halda, bunu xalqdan gizlədib. Ona görə də sabiq prezidentin Nikol Paşinyanı Praqa Bəyannaməsini imzalamaqda günahlandırması əsassızdır. 

Lakin Olivye Dekotinini bu müsahibəni verməyə vadar edən başqa səbəblər də var. Onlardan biri Robert Köçəryanın mətbuat konfransında fransayönümlü kursa qarşı çıxması olub. Köçəryan açıq şəkildə bildirib ki, Fransa Ermənistanın təhlükəsizliyinin təminatçısı ola bilməz. O, yalnız Rusiya ilə müttəfiqliyə önəm verdiyini söyləyib. 

Hətta eks-prezident ironik şəkildə Fransanın Ermənistana verdiyi zirehli avtomobillərin ən yaxşı halda “inkassator” maşın kimi pul daşımağa yarayacağını bəyan edib. Görünür, onun bu sözünü Makron administrasiyası Fransanın Ermənistanla və regionla bağlı yürütdüyü siyasətə problem hesab edib. 

Çünki Ukraynada müharibənin həllinə dair ABŞ və Rusiya arasında aparılan danışıqlar Moskavnın maraqlarına uyğun yekunlaşsa, Fransa Cənubi Qafqazdan çıxmaq məcburiyyətində qala bilər. Belə ki, Rusiya Cənubi Qafqazda zəifləmiş geosiyasi mövqelərini yenidən möhkəmlətmək, başqa kənar aktorları, o cümlədən Fransanı bölgədən çıxartmaq və Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq planlarını işə sala bilər. 

Bu baxımdan, Fransa səfirinin Rusiyanın ünvanına ittihamlar səsləndirməsi səbəbsiz deyil. Onun diplomatik mesajları həm də Ermənistan cəmiyyətinə ünvanlanıb. Dekotini bununla kənar təhlükələrdən Ermənistanı və erməniləri Rusiyanın deyil, Fransanın müdafiə etdiyini xüsusi vurğulamaqla ölkəsinin regiondakı fəaliyyətinə ehtiyac olduğunu əsaslandırmağa çalışır. 

Fransa səfirinin “Dağlıq Qarabağ”ın Azərbaycan ərazisi olduğuna dair dediklərinə gəlincə, əslində bu fikir özündə bir neçə məqsədi ehtiva edir. 

Səfir Azərbaycana 1991-ci il Almatı Bəyannaməsinə dair status-kvonu qəbul etməyin vacibliyi barədə Fransanın mövqeyini çatdırır. Yəni Azərbaycan Nikol Paşinyanın təklif etdiyi “Real Ermənistan”ı, yəni Almatı Bəyannaməsi imzalandığı dövrə aid sərhədlər çərçivəsində Ermənistanı qəbul edərsə, rəsmi Paris bu məsələdə mövqeyinə yenidən baxa bilər. 

Səfirin açıqlamasından aydın olur ki, Fransa 1991-ci ilə dair sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin məhz 1991-ci il xəritələri əsasında aparılması ilə bağlı Paşinyan hakimiyyətinə diplomatik dəstək verir. Bunun qarşısılığında isə Qarabağı Azərbaycan ərazisi kimi tanımağı vəd edir. Ancaq səfir Dekotininin bu yanaşması diplomatik tələdir. Çünki 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin qanunsuz qərarı var. Ermənistanın Müstəqillik Bəyannaməsi həmin qərara istinadən qəbul olunub. 

1995-ci ildə isə Müstəqillik Bəyannaməsinə istinad hissəsi Ermənistan konstitusiyasının preambula hissəsinə daxil edilib. Ona görə də Azərbaycan Ermənistandan konstitusiyanı dəyişməyi və preambula hissəsini ali qanundan çıxartmağı tələb edir. Əks təqdirdə, rəsmi Bakı sülh müqaviləsini imzalamayacağını bildirir. Frasa səfiri isə dolayısı ilə Almatı Bəyannaməsi ilə “Dağlıq Qarabağ”ın Azərbaycan ərazisi kimi tanındığını söyləməklə blef etməyə çalışır. Yəni səfir demək istəyir ki, Azərbaycan 1991-ci ildə mövcud olmuş status-kvo ilə barışsın və referendum tələbindən imtina etsin. Halbuki, Ermənistan 1989-cu ildə DQMV-in ilhaqına dair qərar çıxartmaqla Azərbaycanla sərhədləri tanımaqdan imtina edib. 

Eyni zamanda, Ermənistan Azərbaycana qarşı işğılçılıq müharibəsinə başlamaqla Almatı Bəyannaməsinin 3-cü bəndində əksini tapmış respublikaların müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərin toxunulmazlığı prinsipini pozub. Ona görə də bu sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır. Səfir Dekotiniyə veriləcək ən vacib cavab və həm də sual budur: 

Əgər Fransa dövləti doğrudan da Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa və Qarabağın Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisi olduğunu bilirsə, nə üçün Fransa Senatı Qarabağdakı teroroçu rejimin müstəqil dövlət kimi tanınması haqqında qərar çıxarırdı? Bu suala yəqin ki, Fransada cavab verən olmayacaq.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri