Icma.az
close
up
RU
Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

Fransa Senatı ordu üçün nəzərdə tutulan əlavə 36 milyard avroluq büdcəni ləğv edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 5 iyun, AZƏRTAC

Fransa hökumətinin müdafiə xərclərini artırmaq planı Senatda gözlənilməz maneə ilə üzləşib. Parlamentdə müzakirə olunan yeni Hərbi Proqramlaşdırma Qanununda 2030-cu ilə qədər nəzərdə tutulan əlavə 36 milyard avroluq maliyyələşdirmə maddəsi sənəddən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Senat Hərbi Proqramlaşdırma Qanununun (LPM) müzakirələrini başa çatdırarkən, sənədin əsas maddələrindən birini ləğv edib.

Söhbət Fransa Silahlı Qüvvələrinin 2030-cu ilə qədər maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş büdcə trayektoriyasından gedir. Senat həmin maddəni çıxarmaqla hökumətin müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq planına ciddi zərbə vurub.

Ləğv edilən maddəyə əsasən, Fransa ordusu üçün 2030-cu ilə qədər ümumilikdə 436 milyard avro ayrılması nəzərdə tutulurdu. Bu məbləğ 2023-cü ildə qəbul edilmiş əvvəlki hərbi proqramlaşdırma qanunu ilə müqayisədə 36 milyard avro çox idi. Hökumət beynəlxalq təhlükəsizlik mühitinin gərginləşdiyini əsas gətirərək, əlavə vəsait hesabına ordunun döyüş qabiliyyətinin artırılmasını, yeni silah sistemlərinin alınmasını və müdafiə sənayesinin gücləndirilməsini planlaşdırırdı. Lakin Senatdakı sağçı çoxluq bu məbləğin də kifayət etmədiyini bildirib.

Sağ mərkəzçi Respublikaçılar (Les Républicains) partiyasının senatorları müdafiə üçün əlavə 14 milyard avro ayrılmasını tələb edirdilər. Tələbləri qəbul olunmadıqdan sonra onlar büdcə trayektoriyasını müəyyən edən əsas maddəyə qarşı çıxaraq, onun sənəddən çıxarılmasına səbəb olublar.

Senatın Müdafiə Komissiyasının rəhbəri Sedrik Perrən qərarın hökumətlə dərin fikir ayrılığını rəsmiləşdirmək məqsədi daşıdığını bildirib: “436 milyard avronun Fransanın təhlükəsizliyini təmin etmək üçün yetərli olmadığını hesab etdik”.

Perrin eyni zamanda parlamentdə danışıqları davam etdirmək və kompromis tapmaq niyyətində olduqlarını vurğulayıb.

Qərardan sonra hökumət vəziyyəti sabitləşdirməyə çalışır. Sebastyən Lökornü yaranmış vəziyyəti ciddi problem adlandırıb.

“Söhbət son dərəcə vacib olan hərbi məsələdən gedir. Davamlı və etibarlı maliyyə trayektoriyası olmalıdır. Hazırda əsas problem ondadır ki, qanun layihəsində artıq belə bir trayektoriya qalmayıb”,-deyə o, qeyd edib.

S.Lökornü parlament üzvlərini kompromis həll tapmağa çağırsa da, müzakirələrin davam etməsinə imkan vermək niyyətində olduğunu bildirib. Bununla belə, 36 milyard avroluq əlavə maliyyələşdirmənin taleyi hələ tam həll olunmayıb.

Məsələ növbəti mərhələdə parlament proseduru çərçivəsində yenidən gündəmə gətirilə bilər. Xüsusilə də deputatlar və senatorlar arasında ortaq mətn hazırlamaq üçün yaradılacaq Birgə Komissiya çərçivəsində kompromis əldə olunması mümkündür. Bu komissiyanın Senatın iyunun 9-da keçirəcəyi yekun səsvermədən sonra toplanması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri