Icma.az
close
up
RU
Fransa şirkəti Misirdə bərpaolunan enerji layihəsini maliyyələşdirmək istəyir

Fransa şirkəti Misirdə bərpaolunan enerji layihəsini maliyyələşdirmək istəyir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 4 oktyabr, AZƏRTAC

Fransanın “Voltalia” şirkəti Misirə təxminən 250 milyon dollar həcmində investisiya yatırmaq istəyir.

AZƏRTAC “Egyİn” saytına istinadla xəbər verir ki, sərmayə Misir birjasında listinq olunmuş “Taqa Arabia” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Zəfərana” bərpaolunan enerji stansiyasının gücləndirilməsi və inkişafına yönəldiləcək.

İki şirkət Misirin Elektrik və Bərpaolunan Enerji Nazirliyi ilə adıçəkilən layihə üzrə ilkin anlaşma memorandumu imzalayıb. Razılaşma Süveyş qubernatorluğunda 3,2 qiqavat gücündə enerji stansiyasının inkişaf etdirilməsini nəzərdə tutur.

“Voltalia” şirkətinin Misir və İordaniyadakı icraçı direktoru Kərim əl-Əzzavi bildirib ki, layihəyə qoyulacaq ümumi investisiya 2 milyard ABŞ dollarını ötəcək. Onun sözlərinə görə, maliyyələşdirmənin təxminən 25 faizini layihə inkişafetdiriciləri (developerlər), qalan hissəsini isə beynəlxalq maliyyə institutları təmin edəcək.

Layihə üzrə işlər artıq başlanılıb və bir sıra avadanlıqlar alınıb. Əl-Əzzavi qeyd edib ki, bu, Misirdə bir məkanda həm Günəş, həm də külək enerjisini birləşdirən ilk layihə olacaq.

“Zəfərana” enerji stansiyası 2001-ci ildən etibarən mərhələli şəkildə Almaniya, Danimarka, İspaniya və Yaponiya ilə hökumətlərarası əməkdaşlıq çərçivəsində inşa edilib və hazırda 545 meqavat gücə malikdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri