Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Fransa Ukraynaya əlavə “Aster” zenit-raketləri və “Mirage” qırıcı təyyarələri göndərəcək.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası”nın Kiyevə yardım üzrə iclasında çıxışı zamanı bildirib.
Makronun çıxışının videosu Yelisey sarayının “X” sosial şəbəkəsində yerləşdirilib.
“Yaxın günlərdə biz Ukraynaya əlavə "Aster" raketləri göndərəcəyik, yeni təlim proqramları həyata keçirəcəyik və əlavə "Mirage" təyyarələri göndəriləcək”, – deyə Fransa lideri vurğulayıb.
Fransa Prezidenti həmçinin qeyd edib ki, bu qərar Ukraynanın hava hücumundan müdafiə və aviasiya imkanlarını gücləndirməyə yönəlib və Paris tərəfdaş ölkələrlə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















