Icma.az
close
up
RU
Fransa və Almaniyanın Azərbaycana qarşı “söyüş legionerləri”...

Fransa və Almaniyanın Azərbaycana qarşı “söyüş legionerləri”...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Avropaya “mühacir” adı altında gedən millətlərin nümayəndələri bir çox hallarda üz tutduqları ölkələrin xüsusi xidmət orqanları tərəfindən öz ölkələrinə qarşı “legioner dəstələr” kimi istifadə edilir. Bu, II Dünya müharibəsində Avropada müxtəlif millətlərin nümayəndələrindən yaradılan və cəbhədə döyüşlərə göndərilən “legioner” dəstələri xatırladır. “Söyüş müxalifəti”nin timsalında Azərbaycana qarşı həyata keçirilən planda bunu aydın şəkildə görmək mümkündür.
Müxtəlif səbəblərlə - iş, yaxud şəxsi məsələlər üstünlük təşkil edir – Avropaya gedən bir qrup azərbaycanlının Azərbaycana qarşı qeyri-etik və nə insani, nə siyasi əxalaqa sığmayan fəaliyyəti heç də göründüyü qədər bəsit deyil. “Söyüş müxalifəti” adlandırılan bu şəxslərlə bağlı araşdırmalarda bir neçə detal xüsusilə diqqət çəkir. Onların əksəriyyəti ya şəxsi həyatında problemləri olduğu üçün, yaxud işləmək məqsədilə Avropa paytaxtlarına “mühacir” etsələr də, daha asan yolla qazanc əldə etmək və yaşamaq üçün “siyasi mühacir” yarlığından istifadə edirlər. Bu keyfiyyətlərə malik şəxslərin Avropa ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə daha tez düşdüyü və onlardan öz məqsədləri üçün istifadə etdikləri sirr deyil. Əvəzində həm yaşamaq, həm qazanc əldə etmək imkanı, həm də “təhlükəsizlik” təminatı verilir.
Avropada Azərbaycana qarşı “söyüş müxalifəti”ni dəstəkləyən əsas ölkələr Almaniya və Fransadır. Nə rəsmi Berlin, nə də rəsmi Paris bunu etiraf etmir, hərçənd, faktlar ortadadır.
Yaşamaq və fəaliyyət göstərmək imkanları yaradılır.
Təxminən 10 ilə yaxındır xüsusilə Almaniya və Fransada məskən salan “söyüş müxalifəti” bu ölkələr tərəfindən himayə edilir. Berlin və Parisin sərt miqrasiya siyasəti fonunda bu sual yaradır. Misal üçün, hər il Paris hava limanlarında 10 minə yaxın insana keçid icazəsi verilmir və günlərlə, bəzən aylarla təcridxanalarda saxlanılır. Azərbaycana qarşı fəaliyyət göstərən “söyüş müxalifətinin” Fransanın sərt miqrasiya və viza rejimindən kənarda qalması təsadüfi deyil. Fransanın böyük media orqanlarında “söyüş müxalifəti”nin müdafiəsi üçün yazılan materiallar, eləcə də onlara tribuna verilməsi də rəsmi Parisin bu dəstəni himayə etdiyinin əyani nümunələrindən biridir.
Analoji siyasəti Almaniya da həyata keçirir. Bu ölkədə sosial şəbəkələrin fəaliyyəti sərt qanunlarla tənzimlənir. 2017-ci ilin 30 iyununda qəbul olunan, 2018-ci ilin 1 yanvar tarixində qüvvəyə minən Sosial Media Fəaliyyəti Qanununa görə (NetzDG) “Facebook”, “İnstagram”, X və “Youtube” də daxil olmaqla böyük sosial şəbəkə platformalarında fəaliyyətə görə Cinayət Məcəlləsinin 22 adda madəsini tətbiq edir. Qanuna görə Almaniya alman hökumətinin “qanunsuz məzmun” olduğunu hesab etdiyi istənilən paylaşım silinir, əks təqdirdə məzmunun yayıldığı sosial şəbəkə 50 milyon avro məbləğində cərimələnir. Bu qədər sərt qanunların olduğu Almaniyada “söyüş müxalifəti”nin asanlıqla və heç bir maneə olmadan Azərbaycana qarşı mənəvi terror həyata keçirməsi şəbəkənin Berlin tərəfindən himayəsindən qaynaqlanır.
“Söyüş müxalifəti” Almaniya və Fransa tərəfindən “qrant” adı altında maliyyələşir.
Bu dəstənin üzvləri qrant aldıqlarını, bəlli mərkəzlərdən maliyyələşdiklərini gizlətməyə çalışsa da, zaman-zaman özləri özlərini ifşa edir. Fransa və Almaniyaya köçən miqrantlara bu ölkələrin müvafiq qurumları tərəfindən aylıq 500 avro civarında “yaşamaq pulu” verilir. “Söyüş müxalifəti”nin üzvlərinin bahalı həyat şəraiti fonunda onların bu pulla kifayətlənmədiyi aydın şəkildə görünür. Misal üçün, “Azad söz” kanalının Berlində ofisi fəaliyyət göstərir. Berlin kimi bahalı şəhərdə ofis işlətmək təbii ki, aylıq verilən miqrant pulu ilə mümkün deyil. Bir müddət öncə “söyüş dəstəsi”nin “fəal” üzvlərindən olan Məhəmməd Mirzəli və Tural Sadıqlı arasındakı qarşıdurma bütün detalları çılpaqlığı ilə ortaya çıxardı. Məlum oldu ki, “söyüş müxalifəti” Azərbaycana qarşı hücumlarının qarşılığında on minlərlə avro civarında “qrant” əldə edir. Mirzəlinin Sadıqlı ilə davasında 50-70 min avro dəyərində qrantın ayılmasından bəhs olunurdu və bu etiraflar iki faktı ispat etdi.
1. “Söyüş müxalifəti” Almaniya və Fransa hökumətinin təlimatı ilə qrant layihələrinə cəlb edilir.
2. Bu dəstəyə verilən maliyyə geniş şəbəkə yaratmağa yetərli olacaq qədər böyükdür.

“Söyüş müxalifəti”nin maliyyələşdirilməsi iki il öncə - 2023-cü ildə Avropa İttifaqının Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusla bağlı “qrant layihələri”nə etdiyi yeniliklə də həyata keçirilir. Yeniliyə görə, “korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələr üzrə jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğində qrant ayrılacaq”, lakin bu layihələr təkcə adıçəkilən ölkələrdə yox, həm də xaricdə həmin ölkə ilə bağlı fəaliyyət göstərən “media resursları”nı da əhatə edir. Bu, “söyüş müxalifəti”nin maliyyələşməsini legitimləşdirən amildir.
Almaniya və Fransa “söyüş müxalifəti”ni təhlükəsizlik xidməti ilə də təmin edir.
Bu xidmətə həm “mühafizə”, həm də texniki məsələlər daxildir. Misal üçün, Məhəmməd Mirzəli Fransada əlisilahlı mühafizə ilə gəzir. “Le Figaro” nəşri yazır ki, “Nantdakı kafelərdən birinin arxa hissəsində Mirzəli ilə görüş təşkil etmək üçün onun təhlükəsizlik xidməti ilə çoxsaylı müzakirələr apardıq”. Fransa polisi onu guya təqib edildiyi iddiası ilə qoruyur, halbuki, 2022-ci ildə M.Mirzəli şəxsi zəmində mübahisə etmişdi. Mirzəlinin “mühafizə” edilməsi əslində “söyüş müxalifəti”nin Fransa tərəfindən himayə edildiyinin ən bariz nümunəsidir. Tural Sadıqlının “Azad söz” kanalının texniki işlərininin Fransanın “Believe” şirkəti həyata keçirməsi də belə nümunələrdəndir.
Bütün bunların fonunda “söyüş müxalifəti”nin arxasından Fransa və Almaniyanın boylandığı aydın görünür.
- Yaşamaq və fəaliyyət göstərmək;
- Qrant və nəğd şəklində maliyyənin ayrılması;
- Bütün təhlükəsizliyin – həm şəxsi, həm iş sahəsinin qorunması – təmin edilməsi;

Hər iki ölkə - Almaniya və Fransa “söyüş müxalifəti”ni açıq şəkildə himayə edir. Əvəzində Azərbaycana qarşı inforasiya müharibəsində onlardan yararlanırlar, “söyüş legionerləri” kimi...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Yanvar 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri