Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq park inşa edəcəklər
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq əyləncə parkının inşası ilə bağlı müqavilə bağlayıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl Səudun Fransa Prezidenti Emmanuel Makronla Parisdə görüşünün yekununa əsasən məlumat yayıb.
Məlumata görə, məşhur yapon manqa və anime franşizası olan "Dragon Ball Z"dən ilhamlanan layihə Parisin şimal-qərbindəki Serji-Pontuaz yaxınlığında inşa ediləcək və təxminən 22 000 iş yeri açacaq.
Makronun müşavirlərinin sözlərinə görə, layihənin ideyası Fransa liderinin 2025-ci ildə Səudiyyə Ərəbistanına səfəri zamanı yaranıb. Səudiyyə Ərəbistanının "Qiddiya" investisiya qrupu krallığın qeyri-neft sənayesini şaxələndirmək və əyləncə sənayesində qlobal iştirakını genişləndirmək siyasətinin bir hissəsi olan layihəni maliyyələşdirəcək.
Avropanın ən böyük əyləncə parklarından birinin açılış tarixi hələ müəyyənləşdirilməyib və inşasının bir neçə il çəkəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 24 Avqust 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















