Icma.az
close
up
RU
Fransa və Ukrayna arasında 100 “Rafale” təyyarəsi üzrə saziş imzalanıb

Fransa və Ukrayna arasında 100 “Rafale” təyyarəsi üzrə saziş imzalanıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Parisin Villakuble (Villacoublay) hava limanında baş tutan Ukrayna və Fransa prezidentlərinin görüşü diplomatik baxımdan həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski “Rafale” döyüş təyyarələrinin gələcək satışına dair niyyət sazişi imzalayıblar.

AZƏRTAC xəbər verir ki, Fransa Prezident Administrasiyasının açıqlamasına görə, saziş təxminən on illik perspektiv üçün nəzərdə tutulub və gələcəkdə Ukraynanın əlavə müdafiə avadanlıqları, eləcə də 100 “Rafale” təyyarəsi və onların silah sistemlərini əldə etməsi üçün potensial müqavilələri nəzərdə tutur. Bu addım Ukraynanın hava müdafiəsi potensialını gücləndirmək və uzunmüddətli hərbi əməkdaşlığı təmin etmək baxımından əhəmiyyətlidir.

Hava limanında baş tutan imzalanma prosesindən sonra prezidentlərin Yelisey Sarayında işçi nahar zamanı bir sıra ikitərəfli məsələləri müzakirə edəcəkləri bildirilir. Fransanın açıqlamasına görə, bu görüş Ukraynaya dəstəyin uzunmüddətli təminatını və “Könüllülər koalisiyası” çərçivəsində təhlükəsizlik zəmanətləri məsələlərində aparılan işin davamını təsdiqləyəcək.

Zelenskinin Paris səfəri, eyni zamanda, Ukraynanın hava müdafiəsi sistemlərini modernləşdirmək məqsədini daşıyır. “Rafale” təyyarələri ilə yanaşı, sənaye nümayəndələri ilə görüşlərdə “GMF 300” radarları və dron texnologiyaları üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu, çoxqatlı hava müdafiəsi və texnoloji yeniliklərin ölkəyə transferi üçün strateji əhəmiyyət kəsb edir.

Bu səfər və imzalanan saziş, həm də Avropa və NATO çərçivəsində Ukraynanın diplomatik mövqeyini gücləndirərək, müdafiə və enerji sahələrində uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri