Fransa yeni ballistik raket yaratmağı planlaşdırır
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa Silahlı Qüvvələrinin komandanlığı ilə Silahlanma Baş İdarəsi arasında müzakirələr aparılır
Fransa zərər radiusu 1000 kilometrə qədər olan yerüstü orta mənzilli ballistik raketin yaradılması imkanını nəzərdən keçirir. AYNA xəbər verir ki, bu barədə “Challenges” yazıb. Bildirilib ki, bu layihə ilə bağlı müzakirələr Fransa Silahlı Qüvvələrinin komandanlığı ilə Silahlanma Baş İdarəsi arasında aparılır.
Təşəbbüs Rusiyanın Ukraynadakı müharibə zamanı istifadə etdiyi ballistik raketlərin effektivliyinin təhlili ilə bağlıdır.
Ukraynanın hərbi texnika və silahlar üzrə ixtisaslaşmış “Defence Express” konsaltinq şirkətinin hesablamalarına görə, 1000 kilometr məsafə Baltikyanı ölkələrdən buraxılan raketlərin Moskva və Nijni Novqoroddakı hədəfləri vurmasına imkan verəcək. Nəşr qeyd edir ki, raketin kiçik ölçüləri onların kütləvi istehsalını təmin etməklə inkişaf və istehsal xərclərini azaldacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 28 Noyabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















