Fransada 35 min hektar ərazi yandı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Fransada təbii yanğınlar təxminən 35 min hektar ərazini əhatə edib.
Axar.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu göstərici ötənilki bütün yanğın mövsümünün nəticələrini üstələyir. Belə ki, ötən il yanğın ümumilikdə təxminən 30 min hektar ərazini əhatə etmişdi.
"Mülki müdafiə xidmətinin rəhbəri Jülyen Marion bildirib ki, bu il təxminən 11 min yanğın qeydə alınıb. Son üç həftə ərzində ölkə üzrə yanğınsöndürənlər eyni vaxtda 250-300 yanğını söndürürlər".
Hakimiyyət orqanlarının məlumatına görə, hazırda ölkənin təxminən 50 departamentində meşə yanğınlarının baş verməsi riski mövcuddur.
Xatırladaq ki, iyulun 13-də yanğının əhatə etdiyi ərazinin min hektara çatdığı bildirilmişdi. Həmin vaxt hadisə səbəbindən "Cənub-Şərq" yüksəksürətli dəmir yolu xəttinin bir hissəsində qatarların hərəkəti yenidən dayandırılmışdı. Nəticədə bəzi istiqamətlərdə qatarların hərəkətində üç saat yarımdan çox gecikmələr qeydə alınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 İyul 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















