Icma.az
close
up
RU
Fransada ardıcıl muzey soyğunları: Luvrdan sonra daha bir kolleksiya oğurlanıb

Fransada ardıcıl muzey soyğunları: Luvrdan sonra daha bir kolleksiya oğurlanıb

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransada oktyabrın 19-dan 20-nə keçən gecə Luvr soyğunundan bir neçə saat sonra daha bir oğurluq hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, Deni Didronun Yuxarı Marn departamentinin Lanqres şəhərindəki Təhsil Evindən 18–19-cu əsrlərə aid qızıl və gümüş sikkələr kolleksiyasının bir hissəsi oğurlanıb.

“Le Figaro” qəzetinin məlumatına görə, cinayətkarlar muzeyin bazar ertəsi bağlanmasından istifadə edərək gecə saatlarında içəri daxil olublar. Onlar giriş qapısını və vitrin qabını sındıraraq dəyərli sikkələri aparıblar.

İstintaq hadisənin əvvəlcədən planlaşdırılmış soyğunçuluq olduğunu istisna etmir. Hadisədən sonra muzey müvəqqəti bağlanıb.

Qeyd edək ki, oktyabrın 19-da naməlum şəxslər Parisdəki Luvr muzeyindən III Napoleon və onun həyat yoldaşı imperatriça Yevgeniyə məxsus zərgərlik kolleksiyasından doqquz əşya oğurlamışdılar. Daha sonra muzeyin yaxınlığında imperatriçanın sınıq tacı tapılıb.

“Le Parisien”in məlumatına görə, Luvr soyğununa görə vurulan ziyanın məbləği 88 milyon avro təşkil edir. Bildirilir ki, cinayəti dörd nəfərdən ibarət qrup cəmi yeddi dəqiqə ərzində həyata keçirib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://dogru.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri