Fransada bələdiyyə seçkisi ilə bağlı namizədlərin hədəfə alındığı açıqlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Paris, 21 may, AZƏRTAC
Fransanın daxili işlər naziri Loran Nünez Milli Assambleyada çıxışı zamanı 2026-cı il bələdiyyə seçkisi çərçivəsində müəyyən siyasi namizədləri hədəf alan rəqəmsal informasiya əməliyyatının aşkarlandığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, bu əməliyyat çərçivəsində saxta olduğu açıq şəkildə görünən sosial media hesablarından, süni intellekt vasitəsilə yaradılmış və ya geniş yayılmış məzmunlardan, eləcə də saxta fotolardan istifadə olunub.
“Franceinfo”nun yaydığı məlumata görə, sözügedən əməliyyatın İsraildə fəaliyyət göstərən “BlackCore” şirkəti ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Bununla belə, hazırki mərhələdə mümkün sifarişçilərin kimliyi müəyyən edilməyib.
Loran Nünez bildirib ki, hökumət bu məsələ ilə bağlı tam şəffaf davranıb və hədəf alınan siyasi təşkilata aşkar edilmiş məlumatlar barədə məlumat verilib.
Nazir, həmçinin qeyd edib ki, məsələ ilə bağlı hesabat ictimaiyyətə açıqlanacaq və artıq məhkəmə araşdırması başlanılıb.
Daxili işlər naziri hadisəni ciddi adlandıraraq, bunun mümkün xarici rəqəmsal müdaxilə xarakteri daşıya biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, aparılan əməliyyat qərəzli və zərərli xüsusiyyətlər nümayiş etdirib.
Hazırda seçki hakiminin qarşısında duran əsas məsələ bu fəaliyyətlərin seçkinin nəticələrinə təsir edib-etmədiyini müəyyənləşdirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 21 May 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















