Icma.az
close
up
RU
Fransada böyük etiraz dalğası gözlənilir: Əmək Konfederasiyası tətillərə çağırış edib

Fransada böyük etiraz dalğası gözlənilir: Əmək Konfederasiyası tətillərə çağırış edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 14 noyabr, AZƏRTAC

Fransa Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine BFMTV və RMC televiziya kanallarına verdiyi açıqlamada dekabrın 2-də büdcə üzrə ümumi etiraz və tətillərin təşkil olunacağını elan edib.

AZƏRTAC xəbər verir ki, S.Bine hökuməti büdcə layihəsinə yenidən baxmağa çağırıb. CGT-nin baş katibi qeyd edib ki, dekabrın 2-də keçiriləcək etiraz aksiyası və tətillər büdcə müzakirələrinin kritik mərhələsində hökumətin bu məsələyə diqqətini yenidən çəkmək və işçilərin mövqeyini gücləndirmək üçün çox vacibdir. "Biz bu büdcə müzakirələri üçün çox mühüm bir dövrə yaxınlaşırıq. İşçilərin və əməkdaşların hərəkətə keçməsi vacibdir ki, büdcə müzakirələri bizim mobilizasiyamızın təzyiqi altında olsun və bu büdcənin bütün fəlakətlərini sona çatdıra bilək”, - deyə o bildirib.

CGT rəhbəri hökumətin büdcə layihəsində bir sıra problemli məqamları sadalayaraq bildirib ki, bunlardan ən çox diqqət çəkənlərdən biri sağlamlıq xidmətlərinə dair əlavə xərclərin artmasıdır. O, tibbi franşizlərin (yəni tibbi xidmətlər üçün ilkin ödənişlərin) artırılmasının sağlamlıq sistemində xərc yükünü daha da ağırlaşdıracağına işarə edib.

S.Bine, həmçinin Təhsil Nazirliyində 4500 iş yerinin ləğvini də tənqid edib. Onun sözlərinə görə, bu, təhsil sektorunda ciddi tənəzzülə səbəb olacaq. Ailə təqaüdlərinin azaldılması da sosial bərabərsizliyi daha da dərinləşdirəcək. O, dekabrın 2-də mobilizasiya üçün digər peşəkar təşkilatlarla da əlaqə saxladığını və onları tətilə qoşulmağa dəvət etdiyini bildirib. Həmçinin FSU (Fransız Təhsil Birliyi) və “Solidaires” kimi təşkilatların artıq bu çağırışı qəbul etdiyini deyib.

Dekabrın 2-də Fransada böyük etiraz dalğası gözlənilir. Bu aksiyalar yalnız CGT tərəfindən deyil, digər təşkilatlar tərəfindən də geniş şəkildə dəstəklənir. Məqsəd büdcə layihəsinin artıq Fransa işçi sinfi və cəmiyyəti üçün qəbuledilməz olduğunu vurğulamaq və hökuməti bu məsələlərə yenidən baxmağa məcbur etməkdir.

Büdcə ilə bağlı narazılıqlar ölkə iqtisadiyyatının gələcəyi üçün vacib məsələlərdən biridir və 2 dekabr aksiyası Fransa işçi hərəkatının birliyini və gücünü nümayiş etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri