Fransada brendlərə 100 milyondan çox ziyan dəyib
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Fransada oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı baş verən qarət və yanğınlar lüks moda dünyasına da zərər vurub.
Axşam.az xəbər verir ki, Paris, Lion və Marsel şəhərlərində "Louis Vuitton", "Christian Dior", "Hugo Boss" və "Kenzo" kimi məşhur brendlərin mağazaları hücumlara məruz qalıb. Vitrinlər sındırılıb, mağazalardakı məhsullar talan edilib.
Məlumata görə, ölkə üzrə təxminən 1500 müəssisəyə ziyan dəyib. Ümumi maddi itkinin yüz milyonlarla avronu keçəcəyi bildirilib.
Dünyanın məşhur lüks moda markalarından olan "Louis Vuitton"un mağazaları da hadisələr zamanı zərər görüb. Marseldə brendin mağazasının sındırılmış vitrinini əks etdirən görüntülər yayılıb. Lionda da mağazanın talan edildiyi bildirilib.
Lion şəhərinin Preskil rayonunda çoxsaylı mağazalar qarət edilib. "Hugo Boss" və "The Kooples" mağazalarının vitrinləri sındırılıb, məhsullar götürülüb.
Həmin şəhərdə "Sephora", "Darty", "JOTT", "Micromania", "K-Way" və "Bobbi Brown" mağazalarının da zərər çəkdiyi qeyd olunub.
Paris şəhərində "Kenzo", "Salomon" və "Arc’teryx" mağazalarının vitrinlərinin sındırıldığı, məhsulların götürüldüyü qeyd edilib. bildirilir. Le Monde nəşrinin məlumatına görə, Monten prospektində yerləşən "Céline" mağazasına milyondan çox ziyan dəyib.
"Christian Dior"un Parisdəki Sen-Onore küçəsində yerləşən mağazası da hadisələr zamanı qarətə məruz qalıb. "Reuters" agentliyinin çəkdiyi fotolarda mağazaya dəymiş ziyanın izləri əks olunub.
Qarətlər yalnız lüks moda mağazaları ilə məhdudlaşmayıb. "Carrefour" supermarketlər şəbəkəsinin də obyektlərinə ziyan dəyib.
Şirkətin baş direktoru Aleksandr Bomparın açıqlamasına görə, hadisələr nəticəsində şəbəkənin təxminən 50 mağazası zərər çəkib, onlardan 20-si qarət olunub.
Fransa Pərakəndə Ticarət və Distribusiya Federasiyasının ilkin qiymətləndirməsinə əsasən, ölkə üzrə təxminən 1500 müəssisəyə birbaşa ziyan dəyib. Ümumi itkinin yüz milyon avrodan çox olacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















