Icma.az
close
up
RU
Fransada CGT həmkarlar ittifaqı Baş nazirdən pensiya islahatının ləğvini tələb edir

Fransada CGT həmkarlar ittifaqı Baş nazirdən pensiya islahatının ləğvini tələb edir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 16 sentyabr, AZƏRTAC

Fransa Həmkarlar İttifaqları Baş Konfederasiyasının (CGT) baş katibi Sofie Binet, yeni Baş nazir Sebastyən Lökornü ilə görüşdə pensiya islahatının ləğvini və keçmiş Baş nazir Fransua Bayru tərəfindən hazırlanmış büdcənin rədd edilməsini tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə S.Binet görüşdən əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib. “Baş nazir dərhal iki qərar verməlidir: birincisi, pensiya islahatını ləğv etdiyini, ikincisi isə Bayrunun büdcə layihəsini dəfn etdiyini bəyan etməlidir”, - deyə o, bildirib.

Görüşdən sonra mətbuata açıqlama verən CGT lideri bildirib ki, yeni baş nazir onu diqqətlə dinləyib, lakin bu, kifayət deyil. “Baş nazirə dedim ki, əgər o, artıq “dolub-daşan” “keçmiş baş nazirlər məzarına” getmək istəmirsə, dərhal və qətiyyətli dəyişikliklər etməlidir. Bu dəyişikliklərin birincisi, pensiya islahatının ləğv edilməsidir”,- deyə S. Binet qətiyyətlə qeyd edib. Əlavə edib ki, problemi sadəcə dinləmək və qeydlər aparmaqla həll etmək mümkün deyil: “Biz qərarlar gözləyirik, konkret addımlar istəyirik”.

Qeyd edək ki, bu görüş yeni baş nazir Sebastyən Lökornünün yeni hökumət formalaşdırmaq üçün apardığı genişmiqyaslı siyasi və sosial tərəfdaşlarla məsləhətləşmələrinin bir hissəsidir.

Yelisey Sarayının rəsmi açıqlamasına görə, prezident Lökornüyə “milli büdcənin qəbulunu təmin etmək və qarşıdakı aylarda strateji qərarların verilməsi üçün zəruri razılaşmalar yaratmaq məqsədilə parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparmaq” tapşırığını verib.

Açıqlamada həmçinin qeyd olunub ki, bu prosesin sonunda baş nazir prezidentə yeni hökumət təklifi təqdim edəcək.

Fransa Prezidentinin bəyanatına görə, yeni baş nazirin fəaliyyəti Fransanın müstəqilliyinin və gücünün müdafiəsi, Fransız xalqına xidmət, siyasi və institusional sabitliyin təmin olunması və milli birliyin qorunması kimi prinsiplərlə idarə olunacaq.

Makron əmindir ki, bu əsaslar üzərində qurulan bir hökumət, müxtəlif siyasi qüvvələrin mövqelərinə hörmətlə yanaşmaqla ortaq razılaşmalara nail ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri