Fransada dəmiryolu problemi səbəbindən qatarların hərəkətində gecikmələr yaşanıb
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Fransanın şimalında dəmiryolu xəttində baş vermiş enerji təchizatı problemi səbəbilə “Eurostar” qatarlarının bir sıra reysləri ləğv edilib və ya gecikmələrlə yerinə yetirilib. SİA BBC-yə istinadla xəbər verir ki, Londondan Parisə hərəkət edən doqquz “Eurostar” qatar reysi ləğv olunub, daha 15 qatar gecikib. Qatarlar daha yavaş alternativ marşrutlarla hərəkət edib.
Eyni zamanda, Brüssel–Paris və Amsterdam–Paris marşrutlarında da bəzi qatar reysləri ləğv olunub və ya gecikmələrlə üzləşib. Fransanın dəmiryolu şəbəkəsinin operatoru SNCF-in saytında qeyd edib ki, ciddi nasazlıqlar enerji təchizatındakı problem səbəbilə baş verib və genişmiqyaslı təmir işləri tələb olunur.

ADY: Bəzi qatarların hərəkətində gecikmələr müşahidə olunur
16 Aprel 2025 08:21
Qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq ADY KONKRET
07 Avqust 2025 10:05
Fransada fırtına səbəbindən xəbərdarlıq edildi
25 Noyabr 2024 12:58
Avtobusların hərəkətində gecikmələr var AYNA
21 Fevral 2025 11:30
Fransada maşinist intihar etdi: Qatarların hərəkəti dayandırıldı
26 Dekabr 2024 03:07

