Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada aksiya iştirakçılarına qarşı güc tətbiq olunub.
Moderator.az BFMTV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda hüquq-mühafizə orqanları mal-qaranın kəsilməsinə etiraz edən fermerləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə ediblər.
Etiraz Aryej departamentinin dəri xəstəliyi diaqnozu qoyulmuş 200-dən çox inəyi kəsmək qərarından sonra baş verib.
Təxminən yüz nəfər aksiya iştirakçısı heyvanların saxlanıldığı fermaya gedən yolda barrikadalar qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni yararaq, içəri girə biliblər.
Oxşar etirazlar Ajen şəhərində də baş tutub. Orada fermerlər yerli administrasiyanın binasına təkərlər və saman bağlamaları gətiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















