Fransada Fələstin paylaşımlarına görə həbs olunan iranlı qadın azad edildi
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
İran XİN Fələstin tərəfdarı ittihamı ilə Fransada həbs olunan qadının geri qayıtmasını alqışlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi Fransada bir ildən çox həbsdə saxlanılan İran vətəndaşı Məhdiyə Əsfəndiarinin ölkəyə qayıtmasını müsbət qarşılayıb və onun dözümlülüyünü yüksək qiymətləndirib.
Məlumata görə, Qəzzada baş verənlərə qarşı çıxışlarına görə saxlanıldığı bildirilən İsfəndiyari Tehranda nazir Abbas Əraqçi ilə görüşüb.
Görüş zamanı o, həbsdə olduğu dövrdə baş verənlər barədə danışıb və İran XİN-in və Parisdəki diplomatik nümayəndəliklərin onun azadlığa buraxılması istiqamətində səylərinə görə təşəkkür edib.
Əraqçi isə öz növbəsində onun azad olunmasından məmnunluğunu ifadə edərək, İsfəndiyarinin “mənəvi cəsarətini” qeyd edib və İranın xaricdəki vətəndaşlarının hüquqlarının qorunmasının prioritet olduğunu bildirib.
Məlumata əsasən, İsfəndiyari təxminən 14 ay əvvəl Fransada Qəzzadakı vəziyyətlə bağlı sosial şəbəkə paylaşımlarına görə saxlanılmışdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 22 Aprel 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















