Fransada fırtına olub, 26 nəfər xəsarət alıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Paris, 25 avqust, AZƏRTAC
Fransanın Od departamentinin Poma kommunasında baş verən güclü fırtına nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb. 100-ə yaxın yaşayış binasına ziyan dəyib, zərərçəkənlər üçün müvəqqəti yerləşmə mərkəzləri yaradılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yerli vaxtla saat 21:00-a olan məlumata görə, ərazidə 115-dən çox xilasedici çalışıb. Axtarış-xilasetmə üzrə ixtisaslaşmış qruplar və kinoloji bölmə də əməliyyata cəlb edilib. Jandarmlar tərəfindən isə gecə boyu təhlükəsizlik təmin olunacaq.
Fırtına Fransanın hava nəqliyyatında da ciddi fasilələrə səbəb olub. Nəqliyyat naziri Filip Tabaronun bildirdiyinə görə, fırtına Paris, Bordo, Tuluz, Marsel və Nitsa hava limanlarının işinə təsir göstərib.
Nazir uçuşlarda gecikmə və ləğvlərin davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ölkənin bəzi departamentlərində narıncı hava xəbərdarlığı elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Avqust 2026 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















