Fransada gərginlik artır: yüzdən çox saxlanılan var
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın bir sıra şəhərlərində bu gün keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib.
Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar qeydə alınıb. Polis gözyaşardıcı qazdan və su şırnaqlı maşından istifadə edib. Paris Polis Prefekturası 100-dən çox şəxsin saxlanıldığını açıqlayıb. Səhər saatlarından etibarən, xüsusilə dəmir yolu vağzallarının yaxınlığında yoxlamalar aparılıb. Həmçinin Parisdə həmkarlar ittifaqlarının birgə təşkil etdiyi yürüşün və “sarı jiletlilər”in Respublika meydanından Klişi meydanına doğru hərəkət etməsinə icazə verilib. Bununla yanaşı, paytaxtın bir sıra ərazilərində toplantılar qadağan edilib. Qadağanı pozanları 135 avro cərimə gözləyir.
Marseldə isə nümayişçilər bələdiyyə polisinin bölməsinə və meriyaya daxil olublar. Marselin 3-cü rayonunda yerləşən polis bölməsində şüşələr sındırılıb və tüstü fişəngləri atılıb. Prefektura bələdiyyə polisinin bölməsinə ziyan dəydiyini bildirib.
Lionda səhər saatlarında yolların bağlanması cəhdləri qeydə alınıb, bir neçə qrup polis tərəfindən dağıdılıb.
Renn şəhərində isə etirazçılar dairəvi avtomobil yolunda barrikadalar qurublar.
Marsel, Nansi və Lill şəhərlərində də səhər saatlarında yolların bağlanması halları müşahidə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Oktyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















