Icma.az
close
up
RU
Fransada gərginlik səngimir: Komendant saatı uzadıldı, 149 nəfər saxlanıldı

Fransada gərginlik səngimir: Komendant saatı uzadıldı, 149 nəfər saxlanıldı

Icma.az bildirir, Sia Az portalına istinadən.

Fransada oktyabrın 17-də başlayan etiraz aksiyaları çərçivəsində dağıntılar törətməkdə və talan hadisələrində iştirak etməkdə şübhəli bilinən 149 nəfərin saxlanıldığı bildirilib. Paris, Lion, Lill və Nitsa şəhərlərinin müəyyən ərazilərində dünən tətbiq edilən qismən komendant saatının bu gün də davam etdirilməsinə qərar verilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın ədliyyə naziri Jerald Darmanen həftəsonu “sarı jiletlilər”in etirazları zamanı zorakılıq hadisələrinin baş verdiyi ölkənin şimalındakı Lill şəhərinə səfər edib.

Darmanen Lill Ədliyyə Məhkəməsində jurnalistlərə açıqlamasında “sarı jiletlilər”in aksiyaları zamanı baş verən zorakılıq hallarına qarşı ədliyyə orqanlarının reaksiyasından məmnunluğunu ifadə edib.

Nazir etirazlar zamanı dağıntılar törətməkdə və talan hadisələrində iştirak etməkdə şübhəli bilinən 149 nəfərin saxlanıldığını bildirib. O, prokurorların göstərişlərinə uyğun olmayan bütün məhkəmə qərarlarından apellyasiya şikayəti verilməsini istədiyini qeyd edib.

Milli mətbuatda yayılan xəbərlərə görə, həftəsonu paytaxtda yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı həyatını itirən iki nəfərin ölüm səbəblərinin araşdırılması üçün istintaqa başlanılıb.

Paris Polis İdarəsinin məlumatına görə, oktyabrın 17-də Parisdə Respublika meydanının yaxınlığında 59 yaşlı kişi huşsuz vəziyyətdə aşkarlanıb. O, təcili yardım məntəqəsinə aparılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

İlkin məlumatlara əsasən, oktyabrın 19-da saat 01:10-da Parisin Berje küçəsində səhhəti qəfil pisləşən 48 yaşlı şəxsin də meyiti tapılıb.

Fransada zorakılıq və talan hadisələri ilə müşayiət olunan “sarı jiletlilər”in etirazlarından sonra Paris, Lion, Lill və Nitsa şəhərlərinin müəyyən ərazilərində tətbiq edilən qismən komendant saatının daha bir gün uzadılmasına qərar verilib.

Paris Polis İdarəsi paytaxtda Respublika meydanı və Halles ərazisində tətbiq olunan qismən komendant saatını daha bir gün uzadıb. Qərara əsasən, şəhər sakinlərinə yerli vaxtla saat 23:00-dan 06:00-dək paytaxtın qeyd olunan ərazilərində olmaq qadağan edilib.

Bundan əlavə, Parisdə Yelisey sarayı, Milli Assambleya, Senat, Şanzelize prospekti, Şatle və Vendom meydanları, eləcə də bəzi dəmiryol vağzallarının ətrafında yerli vaxtla saat 20:00-dan 06:00-dək icazəsiz etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.

Rona prefekturasının açıqlamasına görə, Lion şəhərinin mərkəzində ötən gün tətbiq edilən komendant saatı asayişin bərpasına kömək edib.

Qərara əsasən, Lionun mərkəzində komendant saatı daha bir gün uzadılıb və yerli vaxtla saat 21:00-dan 06:00-dək qüvvədə olacaq.

Ölkə üzrə qismən komendant saatı tətbiq edilən şəhərlərin ümumi sayının 12-yə çatdığı bildirilib.

Qeyd edək ki, ötən gün Paris, Lion, Lill, Nitsa, Due və Vattiniye şəhərlərinin müəyyən ərazilərində gecə saatlarında komendant saatının tətbiq ediləcəyi elan olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Oktyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri