Fransada hökumət etirazlarla bağlı orduya müraciət edəcək
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünez bildirib.
Nazirin sözlərinə görə, hərbçilər əsasən sabit obyektlərin mühafizəsinə cəlb ediləcəklər. Bu, polis və jandarm qüvvələrinə ictimai asayişin qorunması ilə bağlı vəzifələrini yerinə yetirmək üçün əlavə imkan yaradacaq.
Daxili işlər naziri hüquq-mühafizə orqanlarının yenidən "çox mobil xuliqan qrupları və ifrat solçu fəallarla" qarşılaşa biləcəyini vurğulayıb. Bununla əlaqədar hakimiyyət orqanları asayişin qorunması üçün zirehli transportyorların, jandarmın xüsusi təyinatlı bölmələrinin və helikopterlərin cəlb edilməsini nəzərdən keçirir.
Nazir həmçinin talançı qrupların daha operativ müəyyənləşdirilməsi məqsədilə sürətli reaksiyaya və mobilliyə daha çox önəm verən yeni doktrinanın hazırlanacağını bildirib.
"Sentinel" əməliyyatı 2015-ci ilin yanvarında, bir sıra terror aktlarından sonra ictimai əhəmiyyətli obyektlərin mühafizəsini gücləndirmək məqsədilə başladılıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, əməliyyatda 10 min hərbçi iştirak edir.
Qeyd edək ki, ötən həftəsonu Parisdə və Fransanın digər bölgələrində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın ədliyyə naziri Jerald Darmanenin sözlərinə görə, oktyabrın 17-də ölkədə talançılar təxminən 3 min mağazanı qarət edib, 2 500-dən çox insan saxlanılıb.(Oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















